Biz cənab Prezidentin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq' - Deputat

Biz cənab Prezidentin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq' - Deputat"Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Həmişə səfalı təbiəti və mərd insanları ilə bu bölgə ölkəmizin mühüm yaşayış məntəqələrindən biri olub. Həmçinin Kəlbəcər qədimliyi ilə də daim fərqlənib. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Ali Baş Komandan İlham Əliyevin hərb və siyasət dühasının nəticəsi olan imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdi".
Bu fikirləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
Onun sözlərinə görə, Kəlbəcər rayonu hərbi gücün, strateji və taktiki planmanın nəticəsində bizə təhvil verildi:
"Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq Kəlbəcər bizə təhvil verildi. Ancaq xatırlayırsızs həmin günlərdə biz ermənilərin növbəti barbarlığının şahidi olduq. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Çox təəssüf ki, işğal dövründə olduğu kimi bu proses də dünyanın gözü qarşısında baş vermişdi. Ancaq ikili standartlarla yanaşan beynəlxalq təşkilatlar bu məsələlərdə də görməzdən gəldilər. Biz isə öz xalqına arxalanan Cənab Prezident İlham Əliyevin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq. Kəlbəcərdə yeni yaşayış məntəqəli salınır və insanların orada rahat yaşaması üçün bütün infrastruktur layihələri sürətlə həyata keçirilir. İstər yol infrastrukturu, istər enerji təchizatı, istərsə də digər yaşam üçün zəruri olan məsələlər ən yüksək səviyyədə həllini tapır. Bütün bunların isə Azərbaycan öz daxili imkanları hesabına edir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 22 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər