Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair bəyanat yayıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bəyanatda Dövlət katibi Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib: "BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində bu gün Nyu-Yorkda dövlət katibi Antoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib. Blinken hər iki naziri Azərbaycan və Ermənistanı davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb".
Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb