Blinken Ukraynaya verilən milyardlardan danışdı:"Nəticədə bizdə yaxşı iş yerləri açıldı"
Vaşinqton Ukraynaya yardım üçün 100 milyard dollar, ABŞ-nin müttəfiqləri və tərəfdaşları isə təxminən 150 milyard dollar xərcləyib.
KONKRET.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Entoni Blinken bunu Nyu-Yorkda keçirilən Xarici Əlaqələr Şurasının sessiyasında deyib. O, qeyd edib ki, həmin vəsaitin böyük hissəsi hərbi sənaye kompleksinə xərclənib: "Biz Ukraynanın müdafiəsinə təxminən 100 milyard dollar, müttəfiqlərimiz və tərəfdaşlarımız isə 150 milyard dollar xərcləyib. Yeri gəlmişkən, insanlara izah etmək lazımdır ki, Ukraynanın müdafiəsinə göndərdiyimiz pullar əsasən ABŞ-də öz müdafiə sənayesi bazamızı istehsal etmək, ukraynalıların özlərini müdafiə etmək üçün lazım olanı qurmaq üçün xərclənib. Nəticədə Amerikada yaxşı iş yerləri açıldı", – deyə Blinken bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi