BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib
BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bunu report-un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.
"Baş katibi Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan və Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbəri dərindən kədərləndirib. Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır", – deyə bəyanatda vurğulanıb.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi