BMT-nin İnsan Hüquqları Komitəsi: Fransa Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir
BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə komitənin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanlarının Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq etməsi nəticəsində bir neçə nəfər ölüb, yüzlərlə insan yaralanıb, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da olub.
"Komitə Yeni Kaledoniyada konstitusiya qanununa təklif olunan dəyişikliyə qarşı etirazların başladığı 2024-cü ilin may ayından bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və nəticədə bir neçə nəfərin ölməsi ilə əlaqədar dərindən narahatdır", – qurumdan bildirilib.
BMT-də qeyd olunub ki, Fransa, həmçinin xarici miqrantların hüquqlarını pozur, onları İtaliya sərhədində məcburi şəkildə geri qaytarır və sığınacaq prosedurlarına çıxışını məhdudlaşdırır. Fransa hakimiyyəti bu cür hərəkətlərlə insanların həyatına laqeyd münasibət nümayiş etdirir.
"Bundan başqa, komitə Fransanı miqrantları layiqli mənzillə təmin etmək səylərini gücləndirməyə və sərhəd bölgələrində, xüsusilə Fransa-Britaniya sərhədində və Mayotda sığınacaq axtaranlar və qeyri-qanuni miqrantlarla pis rəftara son qoymağa təkidlə çağırıb", – bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Fransa vətəndaşlarının dinc toplaşmaq hüququnun pozulmasından son dərəcə narahatlığını ifadə edən komitə nümayişçilərin özbaşına yoxlanılması və həbs edilməsi hallarının artdığını göstərib, həmçinin Fələstin xalqının dəstəklənməsi də daxil olmaqla nümayişlərin keçirilməsinə qoyulan qadağaların sayının artmasına diqqət çəkib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı