Bolqarıstan Prezidenti: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq
Bolqarıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsində Azərbaycana dəstək verməyə hazırdır.
azxeber.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"Mən Prezidenti 7 ildən artıqdır ki, tanıyıram. Xüsusi vurğulamaq lazımdır ki, onun cəsarətli qərarları nəticəsində Azərbaycan dinamik şəkildə inkişaf edir və bu məsələdə "yaşıl enerji"nin inkişafı mühüm rol oynayır", - Bolqarıstan lideri vurğulayıb.
O, COP29-un Azərbaycanda keçirilməsi məsələsinə də toxunub: "Biz buna çox şadıq və onun keçirilməsinə dəstək verməyə hazırıq".
Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqaz regionunda lider kimi rolu davam edəcək.
Prezident qeyd edib ki, Bolqarıstan ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslər irəli sürür.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev