Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmağın son mərhələsindədir
Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmağın son mərhələsindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Bosniya Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşündə Azərbaycanın Sarayevoda səfirliyinin açılması alqışlanıb. E.Konakoviç həmçinin vurğulayıb ki, Bosniya Azərbaycanda öz səfirliyinin açılmasının son mərhələsindədir. Bu da ölkələrimiz arasındakı münasibətləri, xüsusilə iqtisadi əlaqələri gücləndirəcək. Hər iki tərəf razılaşıb ki, ölkələr arasında həll olunmamış məsələlər yoxdur, ancaq ikitərəfli sazişin imzalanması üzərində iş sürətləndirilməlidir", – məlumatda bildirilib.
Öz növbəsində, Azərbaycan XİN turizm, kənd təsərrüfatı, sənaye, texnologiya və qarşılıqlı investisiyalar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərindən istifadənin vacibliyini qeyd edib. C.Bayramov vurğulayıb ki, qarşıdan gələn COP29 sessiyası Azərbaycan ilə Bosniya və Herseqovina arasında tərəfdaşlığın yeni istiqamətləri üçün əlverişli imkanlar yaradır.
"Bosniya və Herseqovina həmçinin postmünaqişə dövründə regiondakı cari vəziyyət və reallıqlar, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işləri, mina təhlükəsi ilə mübarizə, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması gündəliyi barədə ətraflı məlumatlandırılıb", – Azərbaycan XİN-in məlumatında qeyd edilib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb