BRİCS-ə üzvlük Azərbaycana nə qazandıra bilər? - AÇIQLAMA
Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı Azərbaycanın sözügedən quruma tamhüquqlu üzv olmaq istədiyini vurğulayıb.
Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını (CAR) özündə birləşdirən təşkilat daha çox iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulub. Analtiklərin fikrincə, 2050-ci ilə qədər BRİCS-in potensialı daha da inkişaf edəcək.
Maraqlıdır, Azərbaycanın bu quruma üzv olması ölkəmizə hansı faydaları verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanın BRİCS-ə üzvlüyünün məqsədəuyğun olduğunu bildirib:
"Azərbaycanın bu birliyə daxil olması, sözügedən ölkələrlə ticarət əlaqələrinin daha da güclənməsinə səbəb ola bilər. Üzv ölkələrin iqliminə və coğrafi yerləşməsinə nəzər salsaq, görərik ki, həmin dövlətlərdə kənd təsərrüfatı məhsulları üzrə qıtlıq yaşanır. Yəni bu dövlətlər ölkəmiz üçün bazara çevrilə bilər. Düzdür, bu sıraya Çini daxil edə bilmərik. Hamımıza məlumdur ki, Çin bir çox ölkələri müxtəlif vasitələrlə təmin edir. Amma CAR, Rusiya və digər ölkələr bizim üçün bazara çevrilə bilər. Məsələn, Azərbaycan Hindistandan düyü, CAR-dan banan idxal edə bilər. Eyni zamanda, biz də narı həmin dövlətlərə satmaqda maraqlı olmalıyıq. Qeyd etdiyim kimi, BRİCS-ə üzv olmaq ticarət potensialımızı genişləndirə bilər. Bura siyasi təşkilat deyil. Bizim üçün heç bir ziyanı yoxdur. Siyasi təşkilat olsa belə, orada Rusiya kimi dünyanın nəhəng dövləti var ki, o da müttəfiqimizdir".
Məlik Məlikov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar