"Brüssel görüşündə  qeyri-adi heç nə yoxdu" - Parsyan

"Brüssel görüşündən sonra məlum oldu ki, Qərbin bizim regionda heç bir möhtəşəm iqtisadi planı yoxdur. ABŞ və Aİ-nin həyata keçirdiyi proqramlar, əvvəlkindən bir qədər geniş miqyasda davam edəcək".
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı Suren Parsyan deyib.
Sputnik Ermənistan-a müsahibəsində o, baş nazir Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdən sonra əldə olunan razılaşmaları şərh edib.
"İclasın nəticəsi olaraq Aİ Ermənistanın inkişafı üçün 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq. Son illərdə Aİ Ermənistanda kiçik və orta biznesə dəstək proqramı həyata keçirir ki, bu da əsasən kredit faizlərinin subsidiyalaşdırılmasında, eləcə də kənd yerlərində biznesin maliyyələşdirilməsində istifadə olunur. Kənddə iş yerlərinin açılması üçün qrant verirlər, treninqlər keçirirlər və s. Yəni, bu proqramlar yeni deyil, 3 ilə yaxındır ki, mövcuddur. İndi bu proqramların davam etdirilməsi üzərində iş gedir", – deyə Parsyan bildirib.
O vurğulayıb ki, hazırda hər hansı yeni iqtisadi obyekt və ya zavod, infrastrukturdan söhbət getmir.
Brüssel görüşünün rəsmi bəyanatında qeyd olunan infrastrukturun modernləşdirilməsi planlarına gəlincə, Parsyanın sözlərinə görə, burada da yeni heç nə yoxdur. Söhbət Şimal-Cənub yolunun tikintisi layihəsindən gedir.
Parsyanın sözlərinə görə, bəyanatların ardınca konkret proqramlar, layihələr açıqlanmalıdır ki, bundan da səs-səmir yoxdur.
"Qərb Ermənistan iqtisadiyyatının şaxələndirilməsindən danışır, lakin 2023-cü ildə ABŞ və Aİ-yə ixrac azalıb. Həmin ABŞ Ermənistandan öz ölkəsinə alüminium folqa idxalına qadağa qoyub, nəticədə Ermənistandan ABŞ-a ixrac 40% aşağı düşüb. Bundan əvvəl alman şirkəti mis-molibden zavodundakı 60 faiz payını satıb və gedib. Əgər onlar həqiqətən iqtisadiyyatımızı şaxələndirmək istəyirlərsə, qalmalı və sərmayə qoymalıdırlar. Amma onlar bunun tam əksini edirlər. Ermənistan iqtisadiyyatında iştiraklarını azaldırlar", – iqtisadçı vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 07 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xabarlar apa.az xeberler son xeber az