Bu ərzaqlar pandemiya dövründə tələbatın tam ödənilməsi üçün kifayət edəcək

Bu ərzaqlar pandemiya dövründə tələbatın tam ödənilməsi üçün kifayət edəcəkKoronavirus pandemiyasının yayılması ilə dünyada kənd təsərrüfatının inkişafı və əhalinin yerli istehsal hesabına təmini məsələsi ciddi şəkildə aktuallaşıb. Belə bir şərait göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirməklə düzgün siyasət həyata keçirib.
Milli.Az xəbər verir ki, bu istiqamətdə görülən işləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Trend-ə bildirib ki, hətta qlobal iqtisadi proseslərin təsiri ilə 2016-cı ildə ölkədə ÜDM azalsada, kənd təsərrüfatında artım qeydə alınıb:
"Cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsə də, kənd təsərrüfatı sahəsində artımın olacağı proqnozlaşdırılır. Bildiyiniz ki, bu ilin birinci rübündə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb. Xüsusən də, bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər planı çərçivəsində görüləcək işlərdə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, ölkənin ərzaq təhlükəsiliyinin güclənməsinə xidmət edəcək".
R.Hüseyn vurğulayıb ki, pandemiya şəraitində və ya hər hansı fövqəladə hal zamanı əhalinin taxıl məhsulları ilə təminatında problemin yaranmaması üçün Dövlət Taxıl Fondunun yaradılması da vaxtında verilmiş doğru qərardır: "Dövlət Taxıl Fondunda buğda ehtiyatı var. Digər tərəfdən Azərbaycan ərzaqlıq buğdanının bir hissəsini əsasən Rusiya və Qazaxıstandan idxal edir və hazırda bununla bağlı işlər gedir. Kartofla bağlı da ölkəmizin mövcud ehtiyatları tələbatın ödənilməsi üçün tam kifayət edir. Ölkəmizdə faraş kartof da bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət qaydasındadır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkəmizin faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir.
Həmçinin 2020-ci ilin yanvar-fevral aylarında ölkəmizə 7,86 min ton düyü idxal olunub. Hazırda düyü ehtiyatların həcmi təqribən 5 aylıq tələbatın ödənilməsinə kifayət edir. Ət və süd məhsulları ilə isə tələbatın ödənilməsi əsasən yerli istehsal hesabına təmin olunur. Əhalinin digər ərzaq məhsulları ilə təminatı istiqamətində də iş aparılır. Tədbirlər planı çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq. Eyni zamanda bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalı ƏDV-dən azad ediləcək".
R.Hüseyn deyib ki, koronavirus böhranının kənd təsərrüfatına mənfi təsirinin minimallaşdırılması üçün də müvafiq iş aparılır: "Nazirlər Kabinetinin qərara əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün "Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat" təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni kənd təsərrütında məhsul istehsalının davamlılığını təmin etmək üçün iş görülür.
Həmçinin Prezidentin Sərəncamına əsasən aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manatın ayrılması da mühüm əhəmiyyətə malikdir. Bu vəsait koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanmasına xidmət edəcəkdir.
Xüsusən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqmətində komissiyanın yaradılması və onun qarşısına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məsələsinin qoyulması kənd təsərrüfatının inkişafına töhfə verəcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 aprel 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər