Bu il 12 minə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaradacaq

Bu il 12 minə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaradacaqÜnvanlı yardım proqramı da genişləndirilir.
Məşğulluğa və sosial rifaha dəstək istiqamətlərindən biri də özünüməşğulluq proqramının genişləndirilməsidir. Bu il 12 minə yaxın ailənin bu proqrama cəlb edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, bu istiqamətdə həm dövlət vəsaitlərindən, həm də Dünya Bankının və özəl bankların vəsaitlərindən istifadə olunacaq.
O, işsizlikdən sığorta ödənişinin təyinatı mexanizminin də sadələşdiriləcəyini deyib. Bildirib ki, nəticədə bu mexanizmin cari ildə 20 min insanı əhatə etməsi, bununla daha çox vətəndaşımıza işaxtarma dövründə dəstək göstərilməsi nəzərdə tutulur.
S.Babayev diqqətə çatdırıb ki, aprelin 1-dən 14 aprel tarixinədək ünvanlı sosial yarıdımı alanların sayı 9 min ailə və ya 35 min insan artıb. Ümumilikdə hazırda 79 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər