Bu il regionlarda DOST mərkəzləri, yeni sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq - FOTO

Bu il regionlarda DOST mərkəzləri, yeni sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq - FOTO"Azərbaycan Respublikası regionlarının 2019-2023 illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransın iqtisadiyyat üzrə panel iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ildən ölkəmizin regionlarında da DOST mərkəzlərinin yaradılacağını deyib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Babayev, həmçinin cari ildə bölgələrimizdə yeni sosial müəssisələrin istifadəyə veriləcəyini qeyd edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən ötən il Bakının Yasamal və Xəzər rayonlarında DOST mərkəzləri yaradılıb. 2020-ci ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda (Abşeron, Sumqayıt, Bərdə, Quba, Sabirabad) 5 mərkəzin təmir-tikinti işləri aparılacaq.
Ötən ilki inqilabi sosial islahatlardan bəhs edən S.Babayev əhalinin gəlirlərinin ciddi artımını təmin edən bu islahatların uğurlu nəticələrinin, ümumən sosial müdafiə və aktiv məşğulluq proqramlarının regionların əhalisini də geniş şəkildə əhatə etdiyini deyib. O bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nazirlik tərəfindən 2018-ci illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil təqdim edilib. Həmin mənzillərdən 550-i, avtomobillərdən isə 480-i regionların sakinlərinə verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onların əksəriyyəti regionlarda veriləcək.
S.Babayev bu il regionlarımızda əlilliyi olan şəxslər üçün daha 5 bərpa mərkəzinin (Xaçmaz, Şəki, Lənkəran rayonlarında, Şirvan və Sumqayıt şəhərlərində), 2 sosial xidmət müəssisəsinin (Göygöl və Şamaxı rayonlarında) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. O, həmçinin, Şəmkir və Qəbələ rayonlarında uşaq bərpa mərkəzlərinin, Quba və Bərdə rayonlarında peşə hazırlığı mərkəzlərinin yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
Nazir qeyd edib ki, aktiv məşğulluq proqramları bölgələrdə də uğurla davam etdirilir. Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işlə təmin olunan 103 mindən çox şəxsin 74200-dən çoxu, peşə hazırlığına cəlb edilən 3200-ə yaxın şəxsin 1800 nəfərdən çoxu, peşəyönümü məsləhət xidmətinə cəlb olunan 107 700-ə yaxın gəncdən 91400-ə yaxını regionlarda yaşayanlardır.
S.Babayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 352 nəfərdən 8300-nün regionların sakinləri olduqlarını deyib. Bildirib ki, bu proqram çərçivəsində bölgələrdə əsasən kənd təsərrüfatı sahələri üzrə minlərlə kiçik müəssisənin yaradılması regionların sosial-iqtisadi inkişafına mühüm dəstəkdir.
"İşsizin DOSTu" proqramı çərçivəsində isə ötən il yaradılmış 38 min ödənişli ictimai iş yerindən 30 mininin regionlarda açıldığını diqqətə çatdıran nazir bu il də proqramın davam etdirildiyini bildirib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər