"Bu, mütləq olacaq, çünki..." - Professor dəhşətli pandemiyanın ANONSUNU VERDİ

"Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir". Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Hökumətlərarası Danışıqlar Orqanının (INB) 13-cü sessiyasının açılışında çıxışı zamanı deyib. O, dünyada növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini bildirib.
Maraqlıdır, ÜST rəhbəri hansı pandemiyadan söhbət edir? Ümumiyyətlə, dünyada yeni epidemiya və pandemiya riski varmı?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla KONKRET.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası hər an dünyada istənilən problemlərin baş verə biləcəyini göstərdi:
"Dünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən on amildən biri kimi qrip pandemiyasını göstərib. Qrip mutasiya edir və yoluxucu indeksi yüksək olan variantları ortaya çıxır. Bu halda pandemiya yarada bilər. Eyni ilə İspan qrpində olduğu kimi pandemiyaya gətirib çıxarması mümkündür"
Professor qeyd edir ki, bu, mütləq baş verəcək. Çünki elmi proqnozdur. Nə vaxt baş verəcəyini isə demək çətindir. Ona görə də bəşəriyyət hər bir süprizə hazır olmalıdır.
"Xüsusi ilə BMT-nin tibbi strukturları, Dünya Səhiyyə Təşkilatları, xəstəliklərin nəzarət profilaktika mərkəzləri bu məsələyə diqqətlə yanaşmalıdır. Koronavirus pandemiyası göstərdi ki, vaxtından əvvəl tədbirlərin görülməməsi sonda acı nəticələrə gətirib çıxarır".
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 08 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri