Bu ölkədə koronavirusa ilk yoluxma QEYDƏ ALINDI
İndiyə qədər COVID-19-a yoluxma qeydə alınmayan Cənubi Sakit Okean ölkəsi olan Kuk Adaları da virusla mübarizə aparacaq.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin baş naziri Mark Braun virusun ilk dəfə bu ölkəyə gələn turistdə qeydə alındığını açıqlayıb.
Yeni Zellandiyadan olan səyyah 8 gün burada qaldıqdan sonra evinə qayıdıb və onun "Omicron" testinin cavabı pozitiv çıxıb.
Braun hökumətin "Facebook" səhifəsində yerləşdirilən bir videoda bu barədə aşağıdakıları deyib:
"Çox güman ki, adam burada olarkən yoluxub. Ehtimal olunur ki, virus artıq bizim cəmiyyətimizdədir. Ola bilər ki, bizim peyvəndlənmə nisbətimiz çox yüksəkdir. Buna görə də, insanlar COVID-19-a yoluxsalar da, çox yüngül keçirir və yoluxduqlarının fərqində olmurlar".
Rəsmi məlumatlar göstərir ki, ada dövlətinin 12 və daha yuxarı yaşda olan təxminən 17,000 əhalisinin 99,6%-i iki doza ilə peyvənd olunub. Əhalinin 70%-i isə buster doza vurdurub.
Xatırladaq ki, Kuk Adaları, 2020-ci ilin əvvəlində dünya ilə sərhədləri bağlayıb. Lakin ölkə bir ay əvvəl Yeni Zelandiya ilə karantinsiz səyahəti bərpa edib./modern.az/

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto