Bu ölkəyə hücum olacaq, Rusiya-NATO müharibəsi başlayacaq... - SENSASİON DETALLAR
Rusiyanın PUA-lar vasitəsilə Polşanın hava məkanını pozması beynəlxalq arenada ciddi rezonans doğurub. Bəs, Polşanın hava məkanını pozan PUA-ların məhv edilməsi NATO–Rusiya qarşıdurmasının yeni gərginlik mərhələsinə işarə sayıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bu hadisə Moskvanın Avropanın təhlükəsizliyinə qarşı davamlı təhdidlərinin bir nümunəsidir:
"Rusiyanın Polşanın hava məkanına hücumu onu göstərir ki, rəsmi Moskva Avropanın təhlükəsizliyinə xələl gətirməkdə davam edəcək. NATO daxilində çaxnaşma yaratmaq istəyir. Çünki NATO-nun ən böyük qüvvələri məhz Polşa ərazisində yerləşir. Polşa hökuməti dəfələrlə NATO-dan ölkə ərazisinin əlavə şəkildə gücləndirilməsini tələb edib".
Politoloqun sözlərinə görə, Moskvanın bu addımı həm Avropa İttifaqına, həm də NATO-ya ünvanlanmış açıq mesajdır:
"Bu, birbaşa xəbərdarlıqdır ki, lazım gələrsə, onları da hədəfə ala bilər. Amma mən inanmıram ki, Rusiya açıq şəkildə NATO ölkəsinə hücum etsin. Əgər bu baş versə, NATO-nun müvafiq maddəsi dərhal işə düşəcək və təşkilat Rusiyaya qarşı hərbi əməliyyatlara başlayar".
Əmrəliyev ehtimal edir ki, hava məkanının pozulması əsasən psixoloji təzyiq xarakteri daşıyır. Onun fikrincə, PUA-lardan kəşfiyyat məqsədilə istifadə olunması da mümkündür:
"Bura kəşfiyyat amili də daxildir. Rusiya ola biləcək münaqişələrə hazırlaşmaq üçün müəyyən təlimlər keçirər. Bu, mümkün NATO–Rusiya müharibəsinə hazırlıq planının bir hissəsi ola bilər".
Politoloq əlavə edib ki, Moskvanın belə addımlara əl atmasının əsas səbəblərindən biri də son zamanlar Polşanın Ukraynaya verdiyi güclü dəstəkdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib