Bu qidadan imtina etməklə 63 kq arıqladı - FOTO

Bu qidadan imtina etməklə 63 kq arıqladı - FOTO133 kq çəkidə olan Dezire adlı britaniyalı qadın yüksək karbohidratlı qidaları kəsərək 63 kiloqram arıqlayıb. 
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, qadının uğurunun sirri "Express" nəşrində yayımlanıb.
Dezire bildirib ki, bütün həyatı boyu artıq çəkidən əziyyət çəkib. 5 yaşında onun çəkisi 40 kiloqram olub. 8 yaşında ona qalxanabənzər vəzi problemi diaqnozu qoyulub və bu, piylənmə ilə nəticələnib.
"Mənim əkiz bacım və 3 böyük bacım həmişə Barbi kuklalarına bənzəyirdi. Eyni idmanla məşğul olur və eyni yeməyi yeyirdik. Bəzən gündə 2 dəfə idman zalına gedirdim. Kalori çatışmazlığı yaratmağa çalışırdım, amma heç nə kömək etmədi. 23 yaşımda çəkim 133 kiloqramdan çox idi.
Bir dəfə ailəmlə birlikdə Disneylendə getdik və atraksiona minmək üçün 2 saat növbədə dayandıq. Lakin atraksiona oturanda qarnım çox böyük olduğundan hamının gözü qarşısında oranı tərk etməli oldum. Və anladım ki, artıq arıqlamaq üçün effektiv bir üsul tapmaq lazımdır", – o, açıqlamasında qeyd edib.
Dezire həkiminin illər əvvəl ona tövsiyə etdiyi arıqlama əməliyyatını seçib. Əməliyyatdan sonra o, ciddi pəhriz saxlayıb və bir neçə həftə yalnız maye yemək yeyib. Qadın tədricən lobya, qatıq, kəsmik, yulaf püresi və yumurta kimi yumşaq qidalara keçib. Nəhayət yenidən ət və tərəvəz yeməyə başlayıb. Bundan sonra Dezire müşahidə edib ki, düyü, əriştə və çörək mədəsində şişkinlik, ağrı yaradır.
Sonra o, karbohidratları az olan qidaları seçməyə başlayıb, bu da ona əlavə çəkidən daha tez qurtulmağa kömək edib. Birinci ildə Dezire "fast-food"u pəhrizindən tamamilə çıxarıb. O, sürətli deyil, davamlı nəticələr əldə etmək istədiyi üçün yeməklərin porsiya və kalori tərkibinə ciddi nəzarət etməyə başlayıb. Dezire 1 il ərzində hədəfinə çatıb və 63 kiloqram arıqlamağa müvəffəq olub.
Arıqlamaq istəyənlər üçün qadın porsiyaya nəzarət etməyi, düzgün qidalar yeməyi və həftədə 5-6 dəfə məşq etməyi tövsiyə edir.
Bu qidadan imtina etməklə 63 kq arıqladı - FOTOBu qidadan imtina etməklə 63 kq arıqladı - FOTO

Sağlamlıq       Tarix: 17 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


yeni xeberler son xeberler azerbaycan xeberleri novruz bayramı ən son xəbər cəbhədən xəbərlər valyuta mezennesi banklar