Bu qoz bağırsaq xərçəngindən qoruyur
Konnektikut Universitetinin amerikalı alimləri qozda güclü xərçəng əleyhinə xüsusiyyət və maddə aşkar ediblər.
KONKRET.az medicina.az-a istinadla xəbər verir ki, bu məhsulun müntəzəm istifadəsi orqanizmdə iltihabi prosesləri yatırdığı və kolon xərçəngi riskini azaltdığı məlum olub.
Tədqiqat "Cancer Prevention Research" (CPR) elmi jurnalında dərc olunub.
Klinik təcrübə zamanı mütəxəssislər risk qrupundan olan 39 xəstəni müşahidə ediblər. İştirakçılar üç həftə ərzində nəzarət edilən pəhrizin bir hissəsi olaraq hər gün qoz yeyiblər. Nəticələr qanda iltihabi markerlərin əhəmiyyətli dərəcədə azaldığını göstərdi – 15-25%. Xüsusilə nəzərə çarpan təsir obez xəstələrdə müşahidə edilib.
Məlum olub ki, qozun tərkibindəki ellagitanninlər bağırsaq bakteriyalarının təsiri ilə güclü iltihab əleyhinə birləşmə olan urolitin A-ya çevrilir. Bu maddə təkcə iltihabı azaltmır, həm də xərçəng əleyhinə xüsusiyyətlərə malik olan YY peptidinin istehsalını təşviq edir.
"Bütün insanlar qoz-fındıqları eyni şəkildə həzm etmirlər. Ancaq gündə bir ovuc qoz bağırsaq sağlamlığını dəstəkləmək üçün sadə yol ola bilər", – deyə müəlliflər bildiriblər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan