Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda... - SENSASİON MƏQAMLAR
ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərini Rusiyadan neft almamağa çağırıb. Bəs, Avropa ölkələrinin Rusiyadan neft idxalını dayandırması Azərbaycanın enerji siyasətinə necə təsir göstərə bilər? Bu vəziyyət Azərbaycanın neft ixrac strategiyasını dəyişdirməsinə səbəb ola bilərmi?
Mövzunu KONKRET.az-a politoloq Züriyə Qarayeva şərh edib:
"Donald Trampın avropalı müttəfiqləri Rusiyadan neft almamağa çağırması enerji bazarında strateji dəyişikliklərə yol aça bilər. Bu vəziyyət Azərbaycanın enerji siyasətinə də təsirsiz ötüşməz. Əgər Avropa ölkələri Rusiyadan neft idxalını azaldarsa, alternativ mənbələrə tələbat artacaq və Azərbaycan üçün yeni imkanlar yarana bilər. Bakı uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və BTC boru kəməri ilə yanaşı Cənub Qaz Dəhlizi bu rolu möhkəmləndirir. Bu səbəbdən Azərbaycan Avropaya ixracını artırmaq və bazarda mövqelərini gücləndirmək şansı qazana bilər. Bununla yanaşı, hasilat həcmlərinin məhdudluğu və qlobal bazarda digər istehsalçıların da Avropa üçün rəqabət aparması Azərbaycanın qarşısında müəyyən risklər qoyur. Bu şəraitdə Bakı balanslaşdırılmış siyasət yürütməyə məcbur olacaq və ixrac strategiyasını həm Avropada mövqelərin gücləndirilməsi, həm də Asiya bazarlarına çıxış istiqamətində diversifikasiya etməyə çalışacaq. Nəticədə Azərbaycanın ixrac siyasətində kəskin dönüş olmasa da, Avropa istiqamətinə diqqətin daha da artırılması və infrastruktur imkanlarının genişləndirilməsi qaçılmaz görünür".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib