Bu şəxslərdə insult və infarkt riski yüksəkdir – SƏBƏB
Son aylar havanın temperaturu gah yüksək olur, gah da vəziyyət kəskin dəyişir. Bu da istər-istəməz insanlarda müəyyən narahatlıqlara yol açır.
Bu cür durum istər psixoloji, istərsə də, fiziki sağlamlığımıza necə təsir edir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb üzrə fəlsəfə doktoru Şadoğlan Cabbarov deyib ki, hava dəyişkənliyinin əsasən, psixoloji vəziyyətimiz və sinir sistemimiz üçün fəsadları var:
"Xüsusilə nevroloji poblemlər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər bu kateqoriyada yer alırlar. Bəzi insanlarda daha ağır nəticələr müşahidə olunur. Məsələn, yüksək arterial təzyiqi olan şəxslərdə hipertonik krizin olması mümkündür. Onlarda qəfildən təzyiq yüksəlsə, insult və ya infarkt keçirə bilərlər".
Şadoğlan Cabbarov
Mütəxəssis həssas insanlara tövsiyələr də verib:
"Əslində hava dəyişəndə bu cür insanlar öz hallarından xəbərdar olurlar. Onlara həm də profilaktik məqsədlə dərman qəbul etməyi məsləhət görərdim. Yaxud revmatizmi olanlar isti yerdə olmağa çalışsınlar. Ümumiyyətlə, risk faktorları müxtəlif olduğuna görə, uyğun tədbirlər görülməlidir".

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan