Bu vitamin ürək xəstəliklərindən qorumur
"Beth Israel Deaconess" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, iki il ərzində D vitamini əlavələrinin qəbulu dozadan asılı olmayaraq ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmayıb.
KONKRET.az xəbər verir ki, tədqiqatın nəticələri "American Journal of Preventative Cardiology" jurnalında dərc olunub.
D vitamini əlavələrinin ürəyə təsirini qiymətləndirmək üçün tədqiqatçılar maddənin daha yüksək dozalarının qanda ürəyin zədələnməsini və gərginliyini göstərən iki xüsusi zülalın səviyyəsini aşağı salıb-azaltmadığını araşdırıblar.
İştirakçılar təsadüfi qaydada dörd qrupdan birinə təyin edilib.Birincisi gündə 200 beynəlxalq vahid (IU), ikincisi – 1000, üçüncüsü – 2000, dördüncüsü isə 4000 vitamin D3 qəbul edib. Ürək-damar xəstəliklərinin biomarkerlərinin qan səviyyələri ilkin mərhələdə və əlavə qəbul etməyə başladıqdan üç, 12 və 24 ay sonra ölçülüb.
Təhlil böyüklərdə ürək-damar xəstəlikləri riskini azaltmaqda D vitamini əlavəsinin effektivliyini təsdiqləməyib. Tədqiqatçılar qeyd edirlər ki, D vitamini səviyyəsinin aşağı olması ürək xəstəliklərinin ilkin markerlərindən birinin artması ilə əlaqələndirilir. Bununla belə, məqsədyönlü əlavələr, dozadan asılı olmayaraq, iki illik tədqiqat dövründə ürək-damar sağlamlığının heç bir tədbirinə təsir göstərməmişdir.

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…