"Chevron"un 5,5 milyard dollarlıq maliyyə itkisi 2019-cu ildəki mənfəətini üstələyir
ABŞ-ın üçüncü ən böyük neft-qaz şirkəti "Chevron Corporation" 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb.
Oxu.Az-ın şirkətin mediaya təqdim etdiyi hesabata əsasən verdiyi məlumata görə, şirkət ötən il 5,5 milyard dollar maliyyə itkisi ilə üzləşib.
Bildirilib ki, "Chevron"un 2020-ci ildəki xalis zərəri 2019-cu ildəki 2,9 milyard dollarlıq mənfəətini iki dəfəyə qədər üstələyir. Eləcə də, şirkətin 2019-cu ildə əldə etdiyi gəlir 2018-ci ildəki mənfəətindən 5,1 dəfə az olub.
Neft-qaz sektorunu analiz edən mütəxəssislərin fikrincə, bu, şirkətin 2016-cı ildə yaşadığı böhrandan bəri ilk ağır maliyyə itkisidir.
Eyni zamanda əlavə edilib ki, "Chevron"un ABŞ-dakı əsas rəqibi "Exxon Mobil" 2020-ci ili daha böyük həcmdə zərərlə başa vurub.
Xatırladaq ki, COVID-19 pandemiyasının sektora vurduğu ağır zərbədən sonra iki şirkətin birləşməsi məsələsi gündəmə gəlmiş, bu məqsədlə "Chevron" və "Exxon Mobil"in icraçı direktorları arasında görüşün baş tutduğu bildirilmişdi.
Qeyd edək ki, bu addımın hər iki şirkətin maliyyə yükünü azaltmaq üçün atıla biləcəyi ehtimal edilir.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar