Çikunqunya epidemiyası: 6 mindən çox insan
Fransa hakimiyyəti Reyunyonda çikunqunya qızdırmasının geniş şəkildə yayılması ilə əlaqədar təcili tədbirlər elan edib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, martın son həftəsində 6 min yoluxma halı qeydə alınıb və 2024-cü ilin avqustunda epidemiya başlayandan indiyədək yoluxanların ümumi sayı 20 min nəfəri keçib.
Reyunyon adasında "Ağ Plan" adlı fövqəladə hallara cavab sistemi işə salınıb. O, tibbi resursların yenidən bölüşdürülməsini, o cümlədən elektiv əməliyyatların təxirə salınmasını və işçilərin məzuniyyətdən geri çağırılmasını nəzərdə tutur. Bu qərar Sen-Deni və Sen-Pyerin böyük şəhərlərində təcili yardım xidmətlərində yükün kəskin artmasından sonra qəbul edilib.
Yerli xəstəxanalar əlavə çarpayıların yerləşdirilməsinə baxmayaraq ciddi çarpayı çatışmazlığı ilə üzləşirlər. Səhiyyə işçiləri öz imkanları daxilində işləyirlər. Hakimiyyət əhali üçün peyvənd kampaniyasına başlayıb. Artıq adaya 40 min doza peyvənd göndərilib.
Qeyd edək ki, çikunqunya ağcaqanad dişləməsi ilə ötürülür. Virus yüksək temperatur və oynaq ağrısı ilə xarakterizə olunur. Bundan əlavə, xəstələr səpgi və əzələ spazmlarından şikayətlənirlər. Xəstəlik bir neçə ay ərzində səngiməyə bilər.
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü