Çində yeni virus qapanmalara səbəb olub: Azərbaycanda yayıla bilərmi? - XƏBƏRDARLIQ
Çində Çikunqunya virusunun yayılması ilə əlaqədar olaraq bəzi bölgələrdə yenidən COVID-19 dövründəki kimi məhdudiyyətlərin tətbiqinə başlanılıb. Sürətlə yayılan bu virusla bağlı narahatlıqlar artmaqda davam edir.
Bəs, Çikunqunya virusunun Azərbaycana yayılma ehtimalı varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, virusun yayılması prosesi artıq 5-6 ay əvvəl Avropada müşahidə olunmağa başlayıb:
"Ağcaqanad vasitəsilə yayılan bu virusun indi Çində aşkarlanması təəccüblü deyil. Çünki Çin əhalisinin sıxlığı ən yüksək olan ölkələrdən biridir. Xüsusilə də tibbi müayinədən kənarda qalan, uzaq bölgələrdə, əhalisi 100 milyondan çox olan əyalətlərdə virusun yayılması riski daha yüksəkdir. Virusun sürətlə yayılma qabiliyyəti olduğuna görə orada müəyyən məhdudiyyətlərin tətbiq olunması başadüşüləndir."
Rasif Bağırov qeyd edib ki, Çikungunya virusu COVID-19 kimi ölümcül deyil:
"Virusun müalicə olunmaması nəticəsində fəsadlar baş verə bilər. Bu fəsadların da bəzi hallarda ölümlə nəticələnməsi mümkündür. Ancaq COVID-19 səviyyəsində ağırlaşmalar gözlənilmir. Azərbaycanda bu virusun yayılıb-yayılmaması ilə bağlı rəsmi aşkarlama aparılmır, çünki simptomları adi soyuqdəyməyə və qripə bənzəyir. Müalicəsi də demək olar ki, eyni şəkildə həyata keçirilir."
Həkimin fikrincə, hazırda Azərbaycanda virusun geniş yayılması üçün zəmin yoxdur və ciddi narahatlıq yaratmır.
Aynurə İsmayıl
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı