Çindən diri heyvanların idxalına qoyulan müvəqqəti məhdudiyyətin təsirləri açıqlandı
Koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına qoyulan müvəqqəti məhdudiyyətin ölkəmizin qida məhsulları bazarına hansı formada təsir etdiyi açıqlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Buna görə də qoyulan məhdudiyyət qida qıtlığına səbəb olmayıb:
"Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olub. Bundan əvvəl də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvan, nə heyvan mənşəli məhsul, nə də quş əti idxal olunurdu. Olunurdusa belə, onun miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyildi".
Q.Təhməzli əlavə edib ki, bu həftədən etibarən Azərbaycanda koronavirusla bağlı ölkəyə idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanlar üzərində beynəlxalq standartlara uyğun olan ekspertiza həyata keçirilir. İndiyədək koronavirusla bağlı heç bir şübhəli hal aşkarlanmayıb.
Milli.Az /news.milli.az

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib