"Coca-Cola" sərxoşluqdan sonra baş ağrısını aradan qaldırır? - Ekspertdən AÇIQLAMA
"Bir çoxları inanır ki, sərxoşluqdan sonra yaranan süstlüklə (el arasında "pohmel") mübarizədə "Coca-Cola" kömək edə bilər, lakin bu, təhlükəli bir yanılmadır".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Moskva vilayəti Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Vitali Xoldin xəbərdarlıq edib.
Onun sözlərinə görə, sərxoşluqdan sonra özünü pis hiss edərkən içkinin qəbulu, infarkt da daxil olmaqla, sağlamlıq üçün ciddi nəticələrə səbəb ola bilər.
Məsələ burasındadır ki, "Coca-Cola" ürəyin işini stimullaşdıran və arterial təzyiqi artıran kofein tərkiblidir.
"Sərxoşluqdan ayılmadan sonra yaranan süstlük, baş ağrısı zamanı bu, ürək-damar sisteminin işini poza və infarkta səbəb ola bilər", – deyə həkim vurğulayıb.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, sərxoşluqdan sonra qətiyyən zəif alkoqollu kokteyllər və enerji içkiləri qəbul etmək olmaz. Bu məhsullar da orqanizmə mənfi təsir göstərə və vəziyyəti ağırlaşdıra bilər.
Vitali Xoldin, həmçinin sosial şəbəkələrdə populyar olan "Coca-Cola", duzlu xiyar suyu, turşuya qoyulmuş xiyar və xalapenyo bibəri əsasında hazırlanan "sərxoşluq kokteyli" barədə şərh verib. Onun sözlərinə görə, bu təhlükəli eksperimenti heç bir halda təkrarlamaq olmaz, çünki sərxoşluqla birlikdə acı bibər mədə xorasına səbəb ola bilər.//Oxu.az

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…