COP29-a Azərbaycanın ev sahibliyi etməsi İlham Əliyevin növbəti qələbələrindən biridir

COP29-a Azərbaycanın ev sahibliyi etməsi İlham Əliyevin növbəti qələbələrindən biridirHər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP) bu dəfə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.
İndiyə qədər Azərbaycanda yüksək  səviyyədə bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Sədrlik zamanı respublikamız Hərəkatın bir çox üzvləri ilə məhsuldar münasibətlər qurub. 
Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərək qeyd etmişdir: "120 ölkəni birləşdirən Hərəkata, yəni Qoşulmama Hərəkatına bir neçə il sədrlik etdik. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Azərbaycanın sədrliyi COVİD-19-a təsadüf etdiyindən Azərbaycan 80-dən çox ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdi. Ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropanın doqquz üzvü ilə Azərbaycan "Strateji Tərəfdaşlıq" haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Ümidvaram ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır". 
Lakin onu da qeyd etmək lazımdır ki, COP-29 iştirakçı sayına və miqyasına görə Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirdir. Belə ki, Bakıya həmin vaxt dünyanın demək olar ki, hər yerindən 100 minə yaxın nümayəndənin, eyni zamanda qonaqların, turistlərin  gəlməsi gözlənilir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir. Onu da qeyd edək ki, COP29-a ev sahibliyi etmək üçün Azərbaycanla birgə Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. Lakin ötən ilin dekabr ayının 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Sonra isə Bolqarıstan da öz namizədliyini ərizə ilə müraciət edərək geri götürüb.
COP-29 İqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "COP29-a sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Hesab edirəm ki, Azərbaycanın müxtəlif  beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".
Azərbaycanda Tərəflərin Konfransı  zamanı qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması nəzərdə tutulub. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün ölkələrin birlikdə bu prosesdə necə iştirak edəcəyi, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirəcəyi və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı minimuma necə endiriləcəyi kimi məsələlər  fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqdır.
Azərbaycan Prezidenti müsahibəsində qeyd etmişdir ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. 
Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan  ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 26 may 2024
f Paylaş

Oxşar xəbərlər

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az bu gun son xeber son xeber 2026 hava durumu