COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunub' - Deputat

COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunub' - Deputat"COP29-un Azərbaycanda keçirilməsinin və yüksək səviyyədə təşkil olunması faktının özü belə ölkəmizin iqlim dəyişkliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsi kimi qiymətləndirilməlidir və bu amil, dövlətimizin beynəlxalq hüququn müstəqil subyekti kimi ümumbəşəri problemlərin müzakirəsinə və həllinə xidmət edən qlobal məsuliyyətini nümunə ola biləcək anlamda dərk etdiyini göstərir. Şübhəsiz ki, bu məqam çağdaş siyasi reallıqlar kontekstindən dəyərləndiriləndə, mühüm və tarixi əhəmiyyətə malikdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP-u boykot edən dairələrə sərt mesaj göndərərək onları bu əməllərindən əl çəkməyə çağırmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, 90-a yaxın dövlət və hökumət başçısının ölkəmizə gəlişi dövlətimizin qlobal siyasi nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir:
"Ölkəmizə qarşı anti-Azərbaycan dairələrinin apardığı böhtan və qarayaxma kampaniyalarına, total dezinformasiya təxribatlarına rəğmən 90-a yaxın dövlət və hökumət başçısının ölkəmizə gəlişi, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasına, ümumilikdə 190 ölkədən 72 mindən artıq nümayəndənin qatılması dövlətimizin qlobal siyasi nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. 
COP29 həm təşkilatçılıq, həm müzakirə olunan məsələlərin geniş və qarşılıqlı faydalı spektri, həm də, artıq ölçülə bilən nəticələrinə görə, o qədər yüksək standart müəyyənləşdirib ki, sözügedən tədbirə bundan sonra ev sahibliyi edən ölkələr üçün yeni və daha üst meyarlara imza atmaq heç də asan olmayacaq. 
Bütün bunlar COP29-un uğursuzluğa düçar olması üçün informasiya təxribatları törədən, misli görünməmiş siyasi riyakarlıq nümayiş etdirən, dezinformasiya, yalan və qarayaxma "istehsalı" üzrə bütün rekordları üstələyən xarici böhtançıların və onların ənənəvi nüfuz müvəkkillərinin arzularının puç olduğunu, planlarının iflasa uğradığını sübuta yetirir. Azərbaycan isə COP29-un təşkilində, hər zaman olduğu kimi yüksək peşəkarlıq, qonaqpərvərlik nümayiş etdirməklə, özünün növbəti uğur hekayəsinə imza atır".
Parlament nümayəndəsi bildirib ki, bəzi Qərb media təsisatları Azərbaycana qarşı geosiyasi təzyiq aləti kimi istifadə olunan şəbəkələr üzərindən də böhtan və qarayaxma kampaniyaları aparır:
"Azərbaycana qarşı bəzi Qərb ölkələrinin media təsisatları, həmçinin əslində hibrid informasiya savaşının elementi və geosiyasi təzyiq aləti kimi istifadə olunan şəbəkələr üzərindən də böhtan və qarayaxma kampaniyaları aparılır. Saxta hesablar yaratmaqla təxribat şəbəkəsi elementlərinin sayının çoxaldılması isə xüsusi proqramlar əsasında həyata keçirilir ki, bu da prosesin xarici xüsusi xidmət orqanlarının əli ilə reallaşdırıldığını, həmçinin vahid mərkəzdən idarə olunduğunu sübuta yetirir. 
Təbliğat-təxribat kampaniyalarının bütün iştirakçıları tutuquşu kimi Azərbaycanın yeni qaz yataqlarının kəşfinə və istismarına sərmayə yatırdığını bildirir və qeyd edirlər ki, ətraf mühitin qorunması ilə enerji sektorunun inkişafı istiqamətində atılan addımlar bir-birinə ziddir. Halbuki, qeyd olunanlar bəzi Qərb dövlətlərinin özlərinə aiddir. Təkcə Norveçin 2024-cü ildə neft və qaz sektoruna yatırdığı sərmayənin həcmi 23,4 milyard ABŞ dolları təşkil edir. 2025-ci ildə isə Norveç hökuməti etni sektora 22,5 milyard vəsait yatırmağı planlaşdırır. Həmçinin Birləşmiş Ştatların öz ərazisində, eləcə də digər ölkələrdə sıxılmış qazın istehsalına yatırdığı sərmayələrin miqyasını Azərbaycanla müqayisə etmək belə mümkün deyil. 2022-ci ildən başlayan və 2027-ci ilə qədər davam edəcək layihənin büdcəsi 800 milyard ABŞ dolları təşkil edir. Amma bəlli olduğu kimi, bu ölkələrin adlarını kimsə çəkmir". Qərb Rusiya ilə açıq-aşkar savaşda olduğuna baxmayaraq, cari il ərzində bu ölkədən təbii qaz alışını 24 faiz artırıb və yenə də bu istiqamətdə addımlar atmaq niyyətindədir. Eyni zamanda, Avropa İttifaqının təbii qaza olan ehtiyacını ödəmək və eyni mənbədən asılılığını azaltmaq üçün "döymədiyi qapı" yoxdur".
Mənzərə göz qabağındadır. Əgər təbii qaz bu qədər pisdirsə, qoy Qərb ölkələri ondan tamamilə imtina etsinlər, yaxud Norveçin və digər ölkələrin neft və qaz sektoruna on milyardlarla dollarla ölçülən investisiyalarını pisləsinlər. Bunlarda nəinki ədalət və ləyaqət hissi, hətta adi, bəsit məntiq belə yoxdur və total şəkildə beynəlxalq ictimai rəyin "gözünə" kül üfürməklə nəticə əldə edəcəklərini düşünürlər. COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunub və iqlim dəyişiklikləri ilə mübarizəyə yeni töhfələr verəcək".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 16 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe cəbhədən xəbərlər cəbhədən xəbər