COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT

COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABATCOP29 ərəfəsində bir sıra beynəlxalq QHT-lərin koalisiyalar ("COP29 İqlim Ədaləti Koalisiyası" və "COP-da haqqını tələb et") və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdikləri və təşəbbüslər irəli sürdükləri, qərəzli və birtərəfli hesabatlar hazırladıqları müəyyən edilib.
azxeber.com xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.
Qeyd olunub ki, aşkarlanan QHT və fondların, demək olar ki, hamısının mənzil-qərargahı Qərb ölkələrində yerləşir və əsas donorları dövlət orqanları və institutlarıdır:
"Onların bəziləri donorlarını açıq, bəziləri qismən göstərir və həmin məlumatları tam qapalı saxlayanlar da mövcuddur. Onların hamısının, parlamentlərdə olduğu kimi, eyni tezislərdən istifadə edərək Azərbaycanı hədəf aldıqları faktlarla sübut edilir".
Hesabatda vurğulanıb ki, "COP-da haqqını tələb et" adlı koalisiya 2024-cü il sentyabrın 11-də yaradılıb. 33 QHT-nin və iki nəfər fiziki şəxsin qoşulduğu bu şəbəkə beynəlxalq ictimaiyyətə ünvanlanmış və Azərbaycana qarşı qərəzlə dolu olan müraciət imzalayıb.
"Tələbləri Azərbaycanın insan hüquqları və iqlim ədaləti üzrə öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi motivli həbsləri dayandırması, dövlət rəsmilərinin işgəncə və qeyri-insani davranışa görə məsuliyyətə cəlb edilməsi və vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərin götürülməsi məqsədilə qanunlarda dəyişiklik edilməsidir", - deyə hesabatda bildirilir.
Komissiyanın sənədində vurğulanır ki, hesabat hazırlanan dövrdə koalisiya öz veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 1-də keçib) Azərbaycan əleyhinə 20 yazı paylaşıb və "X" platformasında fəal təbliğat aparıb.
"COP29 İqlim Ədaləti Koalisiyası"nın fəaliyyəti ilə bağlı veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 22-də keçib) çox məlumat qoyulmasa da, təhlükəli şüarları diqqət cəlb edir - "Gəlin həmrəylik göstərərək, təşkilatlanmanı genişləndirək, dirənişimizi möhkəmləndirək, ədalət üçün mübarizəni gücləndirək, yeni və daha yaxşı dünya naminə sistem dəyişikliyinə nail olaq", - hesabatda deyilir.
Hesabat müəllifləri bildiriblər ki, açıq mənbələrin tədqiqi (OSINT) nəticəsində müəyyən edilib ki, bu "koalisiya"lar Azərbaycanda konkret cinayətə görə həbs olunmuş bir şəxsin yaxın ətrafı tərəfindən süni şəkildə formalaşdırılıb.
"Bu koalisiyaların fəaliyyətləri və tələbləri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi hesab edilə bilər", - hesabatda bildirilib.
Bundan başqa, hesabatda qeyd olunur ki, Ermənistan COP29 tədbirinin Azərbaycanda keçirilməsinə rəsmən razılıq versə də, arxa planda həmişə Azərbaycana qarşı bütün platformalarda əks-təbliğat aparıb:
"İqlim konfransına aidiyyəti olmayan məsələləri qabardır, süni gərginlik yaratmağa və Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə cəhdlər göstərir. Əgər ilk vaxtlar və sonrakı mərhələdə COP29-la heç bir əlaqəsi olmayan sülh danışıqları, sülh müqaviləsi, hərbi cinayətlər törətmiş şəxslərin azad edilməsi məsələləri süni surətdə gündəmə gətirilirdisə, son vaxtlar Ermənistan rəsmiləri tərəfindən tez-tez "Azərbaycan Ermənistana qarşı gələcək eskalasiyanı qanuniləşdirmək üçün COP29-dan istifadə edəcək" tezisindən istifadə edildiyini görmək olur".

Siyasi       Tarix: 21 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxabar son xəbərlər azərbaycanda xeber.az