COP29-un Yaşıl Zonasında "İqlim ədaləti və bərabərlik" mövzusunda panel sessiyası keçirilib

COP29-un Yaşıl Zonasında Bakıda keçirilməkdə olan COP29 konfransının üçüncü günündə Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir.
13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan "Rhenus" şirkəti tərəfindən birgə panel sessiya təşkil edilib.
"İqlim ədaləti və bərabərlik" mövzusunda sessiyada iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb.
Tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, Kiçik Ada Dövlətləri Alyansının sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes, "Rhenus Group"un idarə heyətinin layihələr üzrə rəhbəri Aleksandra Oqneva, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) nəzdində II İşçi Qrupunun sədr müavini Adel Tomas və CGIAR-ın icraçı direktoru İsmahane Elouafi iştirak edib.
Panel çərçivəsində iqlim dəyişmələrinin aşağı gəlirli icmalar, köklü qruplar, qadınlar və gənclər kimi həssas əhali qruplarına qeyri-mütənasib təsirləri, eləcə də ədalətli və əhatəli iqlim siyasətinə olan təcili ehtiyac ətrafında müzakirələr yer alıb. Sessiyada həmçinin həssas gender yanaşmaları, gənclərin rəhbərliyi ilə icra olunan iqlim ədaləti həlləri və bərabərhüquqlu siyasətlərin uğurlu nümunələri vurğulanıb.
Həmçinin, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin proqramı üzrə Yaşıl Zonada təşkil etdiyi panel sessiyası ilə yanaşı burada bir sıra müxtəlif auditoriyaları və sahələri əhatə edən tədbir və aktivliklər yer alıb. İqlim dəyişmələrinin qarşısının alınmasında okeanların həlledici gücü, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişmələri ilə qeyri-proporsional dərəcədə təsirlənən sahil bölgələrinin qorunması üçün icma əsaslı strategiyaların hazırlanması, dekarbonizasiya strategiyaları ətrafında müzakirə və sessiyalar baş tutub. Eyni zamanda, paralel olaraq Yaşıl Zonanın "Extreme Hangout" dinamik ərazisində yoqa sessiyası, film nümayişi və musiqi sessiyası baş tutub.
COP29-un Yaşıl Zonasında COP29-un Yaşıl Zonasında COP29-un Yaşıl Zonasında COP29-un Yaşıl Zonasında / azxeber.com

Siyasi       Tarix: 13 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe cəbhədən xəbərlər cəbhədən xəbər