COVID-19-a yoluxmuş xəstə ilə təmasda olan şəxsə 48 saat ərzində müalicə təyin olunmalıdır

COVID-19-a yoluxmuş xəstə ilə təmasda olan şəxsə 48 saat ərzində müalicə təyin olunmalıdırCOVID-19-a yoluxmuş xəstə ilə təmasda olan şəxsə 48 saat ərzində müalicə təyin olunmalıdır
"COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrin tibbi təxliyyəsi dərhal xüsusi nəqliyyatda əksepidemik rejimə ciddi riayət edilməklə həyata keçirilməlidir".
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin "İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair" hazırladığı təlimatlarda əks olunub.
Bildirilir ki, yeni koronavirus infeksiyasının törətdiyi xəstəliyə yoluxmuş və ya yoluxmaya şübhəli şəxs xüsusi nəqliyyat vasitəsilə təxliyyə edilməlidir. COVID-19-a yoluxmuş xəstələrə tibbi yardım müalicə müəssisələrində təcili, ilkin sanitar-tibbi, ixtisaslaşdırılmış tibbi yardım formalarında həyata keçirilməlidir.
Eyni zamanda qeyd olunur ki, infeksion xəstəliyə yoluxmuş pasiyentlərə təcili, eləcə də təcili ixtisaslaşdırılmış tibbi yardım xüsusi həkim briqadaları tərəfindən göstərilir. Pasiyentin tibbi evakuasiyası üçün bir həkim mütəxəssis, bir feldşer, bir sanitar və bir sürücü ayrılır. Onlar mütləq şəkildə mühafizə geyimində və əlavə olaraq müşəmbə önlükdə olmalıdırlar. Pasiyenti nəqliyyatın daxilində üfüqi vəziyyətdə, arxası üstdə yerləşdirib kəmərlə rəbt etməlidirlər. Təcridedici nəqliyyat tibbi yardım göstərmək üçün lazımi vəsaitlər və dərmanlarla təchiz edilməlidir. Tibb işçiləri xəstənin qəbulunu, təcridedici nəqliyyat boksuna yerləşdirilməsini və müşayiət edilməsini təmin etməlidirlər.
Həmçinin bildirilir ki, koronavirus infeksiyasının dərman profilaktikasının təyin olunma müddəti infeksiya mənbəyi ilə son təmas vaxtından ehtimal olunan inkubasiya dövrü həddində təyin olunur. İnfeksiyanın dərman profilaktikası xəstə ilə təmasdan sonra ilk 48 saat ərzində aparılmalıdır.
Ümumiyyətlə, COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrlə təmasda olmuş bütün şəxslərə qeyri-spesifik dərman profilaktikasının aparılmalı olduğu qeyd olunub.

Sosial       Tarix: 29 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün