COVID-19-dan qoruyan altı məhsul açıqlandı
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
Yaponiyalı mütəxəssislər koronavirusla (COVID-19) mübarizədə kömək edə bilən məhsulları sadalayıblar.
Siyahıda birinci yerdə zəncəfil və sarımsaq gəlir. Onlar təbii antibakterial xüsusiyyətə malikdirlər. Zəncəfilin tərkibində, həmçinin böyük miqdarda askorbin turşusu, B, A qrupu vitaminləri, sink, kalsium, yod var. Bundan başqa, onun aktiv maddəsi olan qingerol iltihab proseslərini aradan qaldırmağa kömək edir və ağrıkəsici təsirə malikdir.
Növbəti bitki isə sarıkökdür. Onun tərkibinə daxil olan "kurkumin" maddəsi güclü immunostimulyator və təbii antibiotik hesab olunur.
Siyahının üçüncü və dördüncü pilləsində isə giləmeyvələr və bal yerləşib. Giləmeyvələrdə çoxlu vitaminlər və antioksidantlar var. Əsl keyfiyyətli bal isə ta qədimdən öz müalicəvi xüsusiyyətləri ilə tanınır.
Həkimlər, həmçinin C vitamini ilə zəngin qidalardan istifadə etməyi məsləhət görürlər. Bura sitrus meyvələri, quşüzümü, kivi, qara qarağat, çiyələk, itburnu, quş armudu, mərsin, çaytikanı, alma, xurma, kələm, bolqar bibəri və iri yarpaqlı göyərtilər daxildir.
Bütün rəngli tərəvəzlər və dəniz kələmi də bu siyahıya daxil edilib. Onların piqmentləri (xlorofil, astaksantin, beta-karotin) antioksidant xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb