COVID-19-un yeni hibrid ştamı AŞKARLANDI – "Deltakron"
Kiprdə koronavirus infeksiyasının yeni variantı aşkar edilib.
KONKRET.az-ın xarici mediaya istinadla məlumatına görə, o, əvvəllər müəyyən edilmiş "delta" və "omikron" ştamlarının hibrididir.
Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasının yeni xəstəlik növünü müəyyən edən alimləri ona "deltakron" adını veriblər.
Bunu əvvəllər Kipr Səhiyyə Nazirliyi yanında Pandemiya ilə Mübarizə üzrə Elmi Məsləhət Şurasına rəhbərlik etmiş laboratoriyanın rəhbəri Leontios Kostrikis deyib.
Onun sözlərinə görə, COVID-19-un "deltakron" ştamı "delta"variantına oxşar genetik əsasa malikdir, lakin onun bir sıra mutasiyaları koronavirusun "omicron" ştammına oxşardır.
"Biz əvvəllər yalnız "omikron" ştamı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapdıq", – Kostrikis deyib.
O, əlavə edib ki, "omikron"un 30 mutasiyası var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə tapılanlara uyğun gəlir.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto