Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC Bakı-Tbilisi-Qars dəmir yolunun geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçının bu yoldan istifadə etməsinə nail olub.
ADY Express-dən Trend-ə verilən məlumata görə, ADY Express Rusiyanın "Evraz" şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başlayıb.
ADY Express şirkətinin təqdim etdiyi 30 vaqon Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək yola salınıb. Yük vaqonları 5175 km məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb.
Yükün ümumi çəkisi 2053 tondur. Bu "Evraz" şirkətinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql olunan ilk yükləridir. Hazırda test rejimində daşınan yüklərin həcminin daha sonra dəfələrlə artırılması nəzərdə tutulur. "Evraz" bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət bundan başqa, BTQ vasitəsi ilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsini arzulayır.
Qeyd edək ki, "Evraz" dünyanın ən iri mettalurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır.
Onu da bildirək ki, bu partiya ADY Express-in operatorluğu ilə Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə, Türkiyəyə göndərilən ilk dəmir məhsulları deyil. Şirkət artıq ötən ildən başlayaraq Maqnitoqorsk Metallurgiya Kombinatının (MMK) yüklərini Türkiyəyə nəql edir. Hazırda hər ay 20 min ton MMK-ya məxsus polad məhsulları Türkiyəyə daşınır. Bu rəqəmin də, yaxın bir neçə ayda, 30-40 min tona çatdırılması planlaşdırılır. Toplam, ADY Express-ni ancaq 2 bu müştərisinin, ayda 70 min ton yükü BTQ vasitəsi ilə nəql ediləcək.
Milli.Az /news.milli.az

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib