Daun sindromu müalicəsində inqilab - Yeni dərman icad edildi
Daun sindromlu insanlara həyat keyfiyyətini artıracaq yeni bir dərman hazırlanıb.
KONKRET.azxəbər verir ki, Fransa və İtaliya alimləri tərəfindən AEF0217 adlı molekula əsaslanan bu preparat artıq sınaq mərhələsinə keçib. Alimlər dərmanın Daun sindromlu insanların beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini təsdiqləyiblər.
Barselona Elmi Tədqiqat İnstitutunda aparılan klinik sınaqlara 18-35 yaş arasında olan Daun sindromlu 29 nəfər cəlb edilib. Könüllülərə AEF0217 molekulunu ehtiva edən, hələ ad verilməyən yeni preparat 21 gün ərzində təqdim olunub.
Bu molekul beynin müdafiə mexanizmini imitasiya edir, neyronlar arasındakı hiperaktivliyi azaldır və nəticədə koqnitiv davranışlarda əhəmiyyətli yaxşılaşmalar təmin edir. Alimlərin sözlərinə görə, bu, Daun sindromlu insanların yaddaş, diqqət və ümumi koqnitiv funksiyalarında irəliləyişə səbəb olub.
Sınaqların ilk mərhələsinin uğurla tamamlanmasından sonra tədqiqat komandası 2025-ci ildə ikinci faza sınaqlara başlayacaq. Əgər bu mərhələ də müsbət nəticələr versə, dərman 1 il ərzində kommersiya istifadəsinə təqdim edilə bilər.
Bu dərman Daun sindromlu insanların gündəlik həyatını xeyli asanlaşdıracaq. Onların koqnitiv qabiliyyətlərinin artması, təhsil və iş imkanlarının genişlənməsi ilə yanaşı, ailə üzvlərinin də həyat keyfiyyətinə müsbət təsir göstərə bilər.
Dərmanın yaxın illərdə bazara çıxarılması, həm elm, həm də sağlamlıq sahəsində inqilabi bir irəliləyiş olacaq./milliaz
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü