"Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir"

"Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir"Yanvarın 24-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işini başa vurmasına baxmayaraq yenə də dünya siyasətçilərinin, iqtisadçılarının, politoloqlarının diqqət mərkəzindədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Davos İqtisadi Forumunun 400-dən çox açıq və qapalı iclaslarında 2 mindən çox siyasətçi, akademik, iş adamı, qeyri-hökumət təşkilatlarının nümayəndələri "Birgə və davamlı dünyanın maraqlı tərəfləri"ni müzakirə ediblər.
Hər il olduğu kimi bu il də Azərbaycan beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi Forumda yüksək səviyyədə təmsil olundu. Mötəbər tədbirdə Prezident İlham Əliyevin dünyanın ən tanınmış siyasətçiləri, böyük transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşləri ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsini yazdı.
Naqif Həmzəyev onu da vurğulayıb ki, Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir. Artıq qlobal platforma hesab olunan Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumu bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. Hələ 5 il əvvəl ölkə Prezidenti Dünya İqtisadi Forumunda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin və OPEC üzvü olmayan neft istehsalçılarının bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı təşəbbüslə çıxış etmişdi. OPEC və qeyri-OPEC ölkələrinin yaratdığı "OPEC+" koalisiyasının birgə səyləri nəticəsində isə bu gün "qara qızıl"ın qiyməti 55-60 dollar/barrel ətrafında dəyişir. Bazarda tələb-təklif tarazlığı pozulan zaman isə Azərbaycanın da daxil olduğu "OPEC+" ölkələri buna dərhal reaksiya göstərir.
OPEC-in baş katibi Məhəmməd Barkindo 50-ci Davos Forumunda "OPEC+" formatında əməkdaşlığın əsasının məhz Azərbaycan Prezidentinin çağırışı sayəsində qoyulduğunu minnətdarlıq hissi ilə xatırladaraq bildirib ki, tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalıb.
"Ən diqqətçəkən məqam isə Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, Azərbaycanın dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsinə, nümunə göstərilməsinə şərait yaradır. Sözsüz ki, bunun təməlində ölkə Başçısının çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycanı təhlükəsizlik adasına çevirməsi dayanır"-deyə Naqif Həmzəyev bildirib.
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 30 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər