Deputat: 'Azərbaycanda Hesablama Palatasından çəkinmirlər
Bütün dünyada vergi və ali audit orqanlarından çəkinirlər, Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir.
Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
"Bizdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən çəkinirlər, amma Hesablama Palatasından çəkinmirlər. Cəmiyyətdə Palatanın fəaliyyəti, onun imicinin dəyərləndirilməsi istiqamətində iş aparılmalıdır", - deyə o qeyd edib.
"İndiyə qədər işğaldan olunmuş ərazilərə 12 milyard manatdan çox pul xərclənib, bu il isə 4 milyard manatdan çox pul xərclənəcək. Bir müddətdən sonra bu məsələ aktual olacaq ki, həmin vəsaitlərdən nə dərəcədə səmərəli istifadə olunur? Hesablama Palatasının öz fəaliyyətində prioritet istiqamət kimi bu vəsaitlərdən səmərəli istifadəni seçməsi yaxşı olardı", - deyə deputat əlavə edib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi