Deputat seçilən daha bir məmur işdən ÇIXARILDI
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir.
Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.
Qeyd edək ki, daha əvvəl növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.
Həmçinin Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib.
Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkinin nəticələri təsdiqləyib.
Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib. / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb