Deputatdan Əli Kərimliyə sərt sözlər: Bu günə qədər hansı şəhidin evində olub?

Deputatdan Əli Kərimliyə sərt sözlər: Bu günə qədər hansı şəhidin evində olub?"Son günlərdə ayrı-ayrı siyasi dairələr tərəfindən şəhid və qazi adından ucuz siyasi manipulyasiyalar naminə istifadə olunmasının şahidi olmaqdayıq. Bu məzmunlu daha bir spekuliyasiya Ukrayna, Rusiya və Azərbaycanda şəhid ailələrinə ödənən vəsaitləri müqayisə etməklə Əli Kərimlidən gəldi".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, şəhid adı müqəddəsdir, bizdə qanı pulla-para ilə satın alınacaq şəhid yoxdur:
"Yoldaş Kərimli başa düşməlidir ki, şəhid adı müqəddəsdir, bizdə qanı pulla-para ilə satın alınacaq şəhid yoxdur. Şəhidliyi pul meyarı ilə ölçdüyü və şəhidlərimizdən siyasi xal qazanmaq üçün manipuliyasiya alətinə çevirib şəhid ruhlarını təhqir etdiyi üçün ona çox ayıb olsun.
İkincisi, 90-cı illərdə Milli ordu və özünümüdafiə dəstələri üçün toplanan pulları və ölkənin ləl-cəvahirat fondunu köklü şəkildə talayan, yaxud ən yaxşı halda talanması cinayətinə hərəkətsizlik göstərməklə ortaq olan bir hakimiyyətdə ən ali pillələrin birini tutmuş adamın bu gün gərək şəhid, qazi, ordu ifadələrini dilinə gətirməyə üzü olmasın".
Deputat qeyd edib ki, bu gün hər bir şəhid ailəsi övladının uğrunda şəhid olduğu o torpaqların kimin birbaşa təqsiri nəticəsində işğal olunduğunu bilir:
"Əli Kərimli başa düşsün ki, müharibə dövründə oğlunu Londonda gizlətməsi, özünün isə ambisiyalarını kənara qoyaraq milli həmrəyliyə dəstək verməməklə əks cəbhədən elə bu şəhid olan oğullara qarşı döyüşdüyünü xalq unutmayıb. İndi türklər demiş o patriot "hava" bizə işləməz.
Bu gün hər bir şəhid ailəsi bilir ki, övladının uğrunda həlak olduğu o torpaqlar kimin bir başa təqsiri nəticəsində işğal olunub. Kim 90-cı illərdə başımıza gələn bu bəlalara görə məsuliyyət daşıyır. Erməni kimin yaratdığı hərc-mərclikdən faydalanıb o torpaqlar tutmuşdu? İndi öz aləmlərində güya şəhidlərin haqlarını müdafiə edirlər, amma açıq deyirəm, bunların hər birinin əlində o şəhidlərin qanı var".
B.Məhərrəmov dünyanın heç bir ölkəsində şəhid adına Azərbaycan qədər hörmət və ehtiramın olmadığını qeyd edib:
"Məsələnin digər tərəfinə gəlincə, dünyanın heç bir ölkəsində şəhid adına Azərbaycan qədər hörmət və ehtiram yoxdur və bununla fəxr edirik. İndi Kərimli müqayisə aparır, amma müqayisəsi də qüsurludur. Birincisi, dünya nəhəngi Rusiyanın imkanlarını Azərbaycanla müqayisə etmək özü siyasətçi adına biabırçılıqdır. Ukraynaya gəlincə, Rusiya amilinə görə bütün dünya Ukraynaya yardım edir, bu ölkəyə milyardlar axır. Silah, sursat, maliyyə vəsaiti. Azərbaycana kim yardım edirdi? Biz nə etmişiksə öz gücümüzə etmişik. Nə silah-sursat istifadə etmişiksə, hamısının pulunu ödəyib almışıq.
Bizə maddi dəstək göstərən olmayıb, bəli bizə arxa duran qardaşlarımız var idi, amma hər kəs bilir ki, bu kömək yalnız siyasi dəstəkdən ibarət olub və buna görə də hər bir tərəfdaşımıza minnətdarıq. Biz sosial həssas təbəqəyə imkanlarımız daxilində edilə biləcəyinin ən yaxşısını etmişik. O ki qaldı 11 min manat məsələsinə, bunu deyən də, yazan da zəhmət çəksin, şirə döndüyü manitorun arxasından qalxsın gedib bir şəhid qapısı döysün, soruşsun dövlət onlara hansı məbləğ ödəyib, nə qədər yerli icra orqanı, nə qədər digər strukturlar, nə qədər YAŞAT fondu? Bunu bilmirlər, çünki biri bir şəhid qapısını döyməyib. Sual verirəm, Əli Kərimli neçə şəhidin evində olub?"
Deputat bildirib ki, ucuz təfəkkürlü manipuliyatorlardan fərqli olaraq şəhid ailələri reallığı başa düşür, dövlətinə güvənir:
"Üstəlik, cənab İlham Əliyevin sərəncamı ilə yaxın 3 ildə bütün şəhid ailələri və əlilliyi olan qazilərimiz bir nəfər kimi ev və mənzillərlə təmin olunacaq. Onlara ödənilən aylıq məbləğlərin tədricən köklü surətdə artımı planlaşdırılır. Bilirsiz, nə edirsək edək, şəhidin, qazinin, onların ailələrinin haqqı ödənməz. Biz onlara nə etsək azdır, amma kənardan bu barədə danışanda da vicdanla danışmaq lazımdır.
Baxın, bu gün bir ölkə boyda ərazini sıfırdan yenidən qururuq, vətəndaşımıza layiqli yaşayışa uyğun vəziyyətə gıtiririk, üstəlik, hələ də təhdidlər var, ordumuzun gücü, müdafiə sənayesinin imkanları ciddi xərc tələb edir. Bu gün hər bir şəhid ailəsi başa düşür ki, əsas olan onların övladının şəhid olduğu dəyərləri qorumaqdır, ucuz təfəkkürlü manipuliyatorlardan fərqli olaraq şəhid ailələri reallığı başa düşür, dövlətinə güvənir, şəhidin qurban getdiyi ideallara inanır".
Aydın Nuri

Siyasi       Tarix: 06 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak


yeni xeberler azerbaycan xeberleri son xeberler butun xeberler xabarlar en son xeberleri sonxeberler