Dərmandan zəhərlənmə halları niyə və necə baş verir?

Dərmandan zəhərlənmə halları niyə və necə baş verir?2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib. Şöbəyə qəbul edilmiş 32 nəfər dərmandan zəhərlənənlərdir. Qeyd edək ki, aprel ayı ərzində şöbəyə qəbul edilən xəstələrdən də 56-sı dərmandan zəhərlənmişdi. Bəs dərmandan zəhərlənmə halları niyə və necə baş verir?
KONKRET.az xəbər verir ki, "Kaspi" qəzeti növbəti yazısında bu və digər suallara cavab axtarıb.
"Sağlamlığımızı riskə atmamalıyıq"
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev deyir ki, dərmandan zəhərlənmə bir neçə amillə bağlıdır. Preparatların keyfiyyəti, dərmanın düzgün saxlanılmaması, istifadə müddətinin bitməsi bu amillərdən ən əsaslarıdır: "Xaricdən gətirdiyimiz məhsulların keyfiyyətsiz olması mümkündür. Xəstə dərmanı aptekdən aldıqda mütləq onun saxlanılma müddətinə fikir verməlidir. Dərmanın keyfiyyətini soruşmalı, firmasını öyrənməlidir. Dərman alarkən bu sualları mütləq verməliyik. Sağlamlığımızı riskə atmamalıyıq".

"Ölüm hadisələri ilə rastlaşırıq"
A.Əliyevin fikrincə, həkim nəzarəti olmadan dərman qəbul etmək də həyatımızı riskə ata bilər: "İnsanlarda ağır xəstəliklər ola bilər ki, həkim məsləhəti olmadan qəbul edilən dərmanın həmin xəstəliyə mənfi təsirinin olması mümkündür. Xüsusən qaraciyər xəstəliyi, diabet, allergiyası olan şəxslərdə ölüm hadisələri ilə rastlaşırıq. Həmçinin ola bilər ki, dərman düzgün təyin olunmasın. Bu zaman təzyiq normadan aşağı düşür, böyrək problemləri yaranır. Qanı laxtalandıran dərmanlardan düzgün istifadə etmədikdə insult və infarkt halları mümkündür. Həkimsiz dərman almaq qəti şəkildə olmaz. Bəzən xəstələr reklamlarda dərmanı görür, yaxud kiminsə məsləhəti ilə alıb qəbul edirlər. Bəzən bir neçə dərmanı birlikdə qəbul edirlər. Amma dərmanların qarşılıqlı təsir gücü olur. Bəlkə hansısa dərmana qarşı orqanizmdə həssaslıq var. Bu səbəbdən qeyd olunanlar nəzərə alınmalıdır".

Valideyn nəzarətsizliyinin fəsadları
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova isə bildirir ki, zəhərlənmələrə həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir: "Amma dərman zəhərlənmələri əsasən uşaqlarda baş verir. Bunun da səbəbi odur ki, dərmanları əlçatan yerə qoyurlar, uşaqların yanında dərman qəbul edirlər və onlara izah etmirlər. Uşaqlar da elə anlayırlar ki, onlara da bu dərmanları qəbul etmək olar. Uşaqlarda rast gəlinən dərman zəhərlənmələri daha təhlükəlidir. Valideynlərə hər zaman xəbərdarlıq edirik ki, dərmanları əl altında saxlamasınlar. Böyüklərdə isə dərman zəhərlənmələri daha çox özlərinə qəsd etmə şəklində baş verir. Son vaxtlar özünəqəsd halları da artıb. Onlar əsasən yeniyetmələrdir. İmtahandan kəsildikdə, yaxud stress faktorları olduqda bu yolu seçə bilirlər".
Erkən müdaxilə ilə xilas etmək mümkündür
A.Məmmədovanın sözlərinə görə, dərmanlar insanların səhlənkarlığına görə xarab ola bilər: "Keyfiyyətlə bağlı dərman zəhərlənmələri baş vermir. Hələ bu vaxta qədər belə bir halla qarşılaşmamışıq. Sadəcə, bəzən olur ki, insanlar dərmanları düzgün şəraitdə saxlamırlar. Günəş şüası təmas etdikdə, yaxud soyuq halda saxlanılmalı olan dərman isti şəraitdə qaldıqda xarab olur. Bu dərmanları qəbul etdikdə xəstədə ürək bulanması, diskomfort əlamətlər baş verir. Ona görə dərmanları üzərilərində qeyd edildiyi qaydada saxlamaq lazımdır".
Toksikoloq qeyd etdi ki, dərman zəhərlənmələri ölümə səbəb ola bilər. Amma bu, təsadüfi hallarda olur: "Əksər hallarda xəstə həkimə tez gəldikdə müdaxilə edib vəziyyətdən çıxara bilirik. Əsas risk qrupuna uşaqlar, hamilələr və yanaşı somatik xəstəlikləri olan şəxslər aiddir. Şəkər, ürək-damar, dializ xəstəliyi, ağır xroniki gedişatlı olan xəstələrdə dərman zəhərlənmələri ağır hallara gətirib çıxarır".
Dərmanları spirtli içkilərlə, enerji içkiləri ilə qəbul etdikdə…
Terapevt Sübhan Hacıyev deyir ki, yaşlı insanların dərmanları səhv salması mümkündür. Bəzən düzgün görmədikdə, yaxud çaşqınlıqdan, unutqanlıqdan bu cür hallar baş verir: "Həmçinin yaşlı insanlar xroniki xəstəliyi olduğu üçün eyni anda bir neçə dərmanı qəbul edirlər. Dərmanları su ilə deyil, müxtəlif spirtli içkilərlə, yaxud enerji içkiləri ilə qəbul etdikdə kimyəvi reaksiyaya daxil olub zəhərlənmə simptomları yaradır".

Terapevtin sözlərinə görə, zəhərlənmə simptomlarına mədə-bağırsağın pozulması, qusma, ishal, başgicəllənmə, halsızlıq və sair aiddir: "Uşaqlarda çox ciddi nevroloji pozuntular, mədə-bağırsaq traktının pozulması, qan dövranında ciddi narahatlıqlar yarana bilər. Çox ciddi allergik reaksiyalar yaranarsa və anafilaktik şok verərsə, dəqiqələr içində ölüm halı yaşanması mümkündür. Bu, antibiotiklərdə, müəyyən ağrıkəsicilərdə daha çox görülür.
Bu cür hallarla rastlaşdıqda mütləq şəkildə xəstəxanaya, toksikoloji şöbəyə müraciət etmək lazımdır. Çünki bu xəstələrdə ilk 12 və 24 saat çox önəmlidir. Həkim nəzarətində olmaq gələcək həyatları üçün çox vacibdir. Bəzən dərman yox, səhlənkarlıq da insanların həyatlarına son qoya bilər".

Sağlamlıq       Tarix: 29 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler butun xeberler sonxeber az xeber