Diabetin müalicəsində yeni üsul təklif olundu
Diabetin müalicəsində yeni üsul təklif olundu
Şanxay Biokimya və Hüceyrə biologiyası institutunun alimləri kök hüceyrələrindən mədəaltı vəzinin kiçik seqmentlərini (Langerhans adacıqları) yetişdiriblər. Mütəxəssislərin fikrincə, bu, diabetin müalicəsində irəliyə doğru atılmış mühüm addımdır.
"Xinhua" agentliyində yerləşdirilmiş press-relizdə bildirilir ki, kök hüceyrələri yetkin siçanların mədəaltı vəzisindən götürülüb. Daha sonra alimlər xüsusi mühitdə onları vəzinin adacıqlarını yaratmağa "məcbur ediblər". Götürülən kök hüceyrələri bu seqmentlərin istənilən tipini formalaşdıra bilib.
Əldə edilən süni orqanoidlər öz funksiyaları və morfologiyasına görə əsl adacıqlara bənzəyib. Alimlər bu seqmentləri diabetli siçanlara transplantasiya etdikdə isə, onların qanında qlükozanın miqdarı normallaşıb, diabetin əlamətləri isə yoxa çıxıb.
Bu gün Langerhans adacıqlarının transplantasiyası diabetin müalicəsində ən effektli yanaşma hesab olunur. Lakin həkimlər donor çatışmazlığı ilə üzləşirlər. Ona görə də adacıqların laboratoriya şəraitində yetişdirilməsi bu problemi həll edə bilər.
Qeyd edək ki, Langerhans adacıqları mədəaltı vəzin daxili sekresiya hissəsidir. Adacıqlar insulinin ifrazına cavabdehdir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb