DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Hava şəraitinin kəskin dəyişməsi, xüsusən də səhər və axşam saatlarındakı qatı duman qəzalara səbəb ola bilər. Bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndirilmiş rejimdə xidmət aparır:
"Sürücülərdən xahiş olunur ki, avtomobil şinlərini qış rejiminin tələblərinə uyğun hazırlasınlar, dumanlı havada müvafiq işıqlardan istifadə edərək şəhər daxilində müəyyən olunmuş hərəkət sürətini aşmasınlar. Piyadalara təhlükəsiz mənzil başına çatmaq üçün yalnız yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət etmələri, qarşıdan-qarşıya yalnız piyada keçidləri keçmələri tövsiyə olunur. Dağlıq rayonalara gedəcək sakinlərə isə qarlı hava şəraiti ilə bağlı maksimum diqqətli olmaları məsləhət olunur".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR