"Diplomatik xidmət haqqında" yeni qanun təsdiqləndi

Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Qanuna əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Qanunda, həmçinin xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur. / azxeber.com

Siyasi       Tarix: 17 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026