Dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədinin təqdimatı keçirilib - FOTO
Dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) layihələrinin təşviqi və dəstəklənməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindəndir. KOBİA tərəfindən bu sahənin inkişafı və layihələrin effektiv həyata keçirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi və institusional çərçivənin dəstəklənməsi üzrə tədbirlər həyata keçirilir.
Milli.Az bildirir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, yanvarın 24-də Bakı Biznes Mərkəzində KOBİA-nın təşkilatçılığı ilə dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədi layihəsinin təqdimatı keçirilib. Aidiyyəti dövlət qurumlarının və ölkəmizdə DÖST layihələrinin reallaşdırılmasında iştirak edəcək maraqlı tərəflərin, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri İvana Duartenin iştirakı ilə təşkil olunmuş tədbirdə beynəlxalq ekpertlər tərəfindən konseptual çərçivə sənədi, DÖST layihələrinin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu sənəd AYİB-in dəstəyi ilə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alnmaqla beynəlxalq ekspertlər tərəfindən hazırlanıb. Sənəddə DÖST layihələrinin hazırlanması, əsas prinsipləri, bu sahədə hüquqi və institusional çərçivə, layihələrin icra mexanizmi və qiymətləndirmə meyarları əks olunub.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov DÖST modelinin iqtisadiyyatın fərqli sahələrində tətbiqinin strateji yol xəritələrində də öz əksini tapdığını, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Agentliyin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin yaradıldığını qeyd edib, belə layihələrin kiçik və orta biznesin inkişafı üçün də yeni bazarlar və imkanlar yaratdığını diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib