Ehtiyatlı olun: Davam edən maqnit qasırğasının təhlükələri açıqlandı
Ehtiyatlı olun: Davam edən maqnit qasırğasının təhlükələri açıqlandı
"Yer kürəsində güclü maqnit qasırğası üçüncü gündür, davam edir, onun təhlükə səviyyəsi son sutka ərzində azalmayıb".
Bu barədə Rusiyanın akademik Y.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.
Kosmik havanın monitorinqi məlumatlarına əsasən, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G3 səviyyəsində (beş indikator miqyasında güclü: G5 - çox güclü, G-1 - zəif) qalmaqda davam edir.
G3 səviyyəsində - Yer kürəsində rabitəylə bağlı problemlərlə yanaşı, enerji sistemlərinin təhlükəsizlik sistemlərində yanlış həyəcan siqnalları qeydə alına bilər, yağ transformatorları "qaynaya bilər".
Həmçinin G3 səviyyəsində isə orta enliklərdə qütb parıltıları müşahidə edilə bilər.
Qeyd edək ki, maqnit qasırğaları meteohəssas insanların səhhətinə mənfi təsir göstərir. Bunun təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Mənbə: TASS / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR