Ekspertlər elan etdi: "İsrailin Suriyadan çəkilməsi sövdələşməylə bağlıdır"

Ekspertlər elan etdi: "Həyat Təhrir əş-Şam" qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culaninin  İsrailin Suriyaya girməsinə  haqq qazandırması  Hizbullah və İranyönlü silahlıların orada olmasıdır.
KONKRET.az  "The Times"ə istinadən xəbər verir ki, bu əsaslandırma artıq öz gücünü itirib. Əl-Culani vurğulayıb ki, Əsəd rejiminin  süqutundan sonra bufer zonada olan əraziləri işğal edən İsrail indi bu bölgələrdən geri çəkilməlidir. İsrail silahlı qüvvələrinin irəlləyişindən sonra Suriya ərazisinin 370 kvadrat kilometrdən çoxunun işğal edildiyi bildirib. Görünür, yeni hakimiyyət İsrailin təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirləri bəyənmir. Bəs İsrail hələlik eyni təhlükəsizlik səbəbi ilə yeni işğal olunmuş ərazilərdən hərbi personalını çıxarmaqdan imtina edərsə, nə baş verəcək? Heyət Təhrir əl-Şam və ona yaxın olan digər qruplaşmalar necə davranacaq? Bu, indiki vəziyyətdə İsrail üçün növbəti müharibə ilə nəticələnə bilərmi?
İsrail Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti və hərbi ekspert  Yiqal Levin qeyd edib ki, əslində, "Həyat Təhrir əl-Şam"ın və ona yaxın olan digər qrupların necə davranacağını bu təşkilatların rəhbərlərinin özlərindən soruşmaq daha yaxşı olardı:

"İsrail indi öz təhlükəsizliyini təmin edəcəyini açıq şəkildə bəyan etdi. Məhz buna görə də belə tədbirlər görülür. Ötən gün baş nazir Netanyahu bufer zonanın ən yüksək nöqtəsi olan Hermon dağına getdi və orada İsrailin təhlükəsizliyini təmin etmək üçün lazım olan qədər orada qalacağını bildirdi. Rəhbərlik İŞİD-in Suriya ərazisindəki bufer zonada mövcudluğunu nəzərə alır. Bu qruplar reallıqda özlərini necə aparacaqlar, bu sual onların özlərinə ünvanlanmalıdır", – deyə ekspert bildirib. Eyni zamanda o, Suriya ilə müharibənin əslində heç vaxt dayanmadığını xatırladır: "1948-ci ildən bəri  Suriya ilə müharibə vəziyyətindəyik.  O zaman Əsəd rejimi yox idi. O zaman hələ Baas Partiyası hakimiyyətdə deyildi. Yəni, 1948-ci ildə Suriya hücumundan sonra dövlətlərimiz arasında sülh olmayıb. 1974-cü ildə tərəflər atəşkəs sazişi imzalayıb və silahsızlaşdırılmış zonanın yaradılması barədə razılığa gəlinib. Yəni, ilk növbədə suriyalılar, iranlılar və onların etibarlı şəxsləri tərəfindən vaxtaşırı pozulan atəşkəs tətbiq edilib. İsrail hansısa suveren dövlətin deyil, strateji yüksəklikləri işğal etməyə məcbur olub".
Digər hərbi ekspert  Sergey Oslander isə bildirib ki, Culani Qərbə və İsrailə qarşı müəyyən hörmət, nəzakət nümayiş etdirir:
Ekspertlər elan etdi: "Lakin digər tərəfdən, o, İsrailin bu zonanı tərk etməsini istəyir. O, özünü təhlükədə hesab etmir. İsrail  Suriyanın yeni hökumətinin özünü necə aparacağı ilə bağlı nəticə çıxarmağa tələsmir. Ona görə də İsrail bufer zonada qalır", -deyə  analitik bildirib. Ümumiyyətlə, o hesab edir ki, İsrail hələlik öz mülahizələrindən çıxış edir. Eyni zamanda  suriyalı üsyançılarla, yeni hökumətlə danışıqlar aparılacaq: "Bütün bunların necə inkişaf edəcəyini görəcəyik. Burada yenə sual yaranır, əgər İsrail bufer zonadan çıxsa, 1974-cü il xəttinə çəkilsə, əvəzində nə istəyəcək? Bu da mühüm məqamdır. Unutmamalıyıq ki, biz Yaxın Şərqdəyik və burada sövdələşmək lazımdır", – deyə Oslander bildirib.
Vəli Həsənoğlu,
KONRET.az

Siyasi       Tarix: 20 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar krimnal bugun xabar az son xeberler bugun 2026 azerbaycan