"Elə bilirlər qripdirlər, amma əslində "Omikron"a yoluxublar" —​ Əhaliyə ÇAĞIRIŞ

"Yoluxanların sayının daha da artacağı gözlənilir".
KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.
Mütəxəssis bildirib ki, yoluxma rəqəmləri reallığı əks etdirmir:
"Əslində bizdə yoluxma sayı hələ pik nöqtəyə çatmayıb. Hazırki vəziyyət dalğanın ortaları kimi qiymətləndirilir. Üzümüzə gələn həftə ölkədə yoluxma sayında pik nöqtə qeydə alınacaq. Daha sonra yoluxanların sayındakı rəqəmlər bir qədər stabil davam edib, yenidən xəstə sayı azalacaq.
Son günlər ölüm halındakı rəqəmlərin artımının səbəbi yanaşı xəstəliklərdir, bir də vaksinasiya olunmamaqdır. Əslində ölənlər vaksinasiya olunmayan və yaxud da ki, böyük əksəriyyəti vaksin kağızı olub vaksinasiyadan keçməyən şəxslərdir. Çünki ölkə ərazisində olan bütün vaksinlər bu və ya digər faiz nisbəti baxımından fərqlidir. Antitel yaranır və o antitellər qoruyur. Təbii ki xəstəliyi yüngül keçirməyimizə səbəb olur. Əsas ölüm göstəricisi çox təəssüf ki, ağır yanaşı xəstəliyi olanlarda, bir də vaksinasiya olunmayanlardadır.
Nəzərə alsaq ki, hazırda bəzən olur ki, testlər xəstə olduğu halda da neqativ çıxır və böyük əksəriyyət də ümumiyyətlə test vermir, həm də yüklənmə nəticəsində xəstələrin günündə (vaxtında) düzgün müayinəsi aparılmadığına görə hazırki yoluxma rəqəmləri hələ aşağıdır, bəlkə də ölkədə yoluxanların sayı hazırda 10 mindir. Sadəcə biz bunlardan 6-7 mini bilirik.
Əslində hazırda digər mövsümü xəstəliklərin sönüm dövrüdür. Artıq o sözügedən mövsümü hava damcı infeksiyaları 2 ay ərzində öz dalğalarını keçirtdilər. Hazırda demək olar ki, bütün qripə bənzər əlamətlərin 90%-i elə COVİD-dir, Omikron ştamıdır. Sadəcə onlar yüngül keçirirlər, yenə qeyd edirəm, vaxtında müayinə olunmadıqlarına görə, – virusun testdə çıxma günləri var, – və bir-iki günə keçirilər, bir az tez keçirirlər, elə bilirlər qripdirlər, amma əslində elə COVİD-dir. Çünki hazırda mövsümü qriplər çox azdır, bir paraqripdir, bir influenzadır, o da ki, artıq tək-tək hallarda qeydə alınır. Böyük əksəriyyət artıq "Omikron"dur. Bu dəqiqə kütləvi yoluxma gedir.
Çox güman ki, bu səbəbdən də gələn həftə yoluxanların sayı 10 mini keçəcək. Sadəcə ambulator – Təcili Yardım və polinklinakalarda COVİD məntəqələrinin işi o qədər ağırdır və işçi heyəti də azdır deyə yoxlama işləri ilə bağlı müraciətlər çox ləngiyir. Rəqəmlər qalsa belə, yoluxanların sayı dayanmadan artır.
Hələ ki, stansionarda yüklənmə 20%-dən çox deyil, rəqəm sayı yüksək olsa da ağırlaşmalar çox deyil. O ölüm sayı 20%-in içindəndir. Hazırda boş çarpayı sayı çoxdur, o baxımdan əslində stansionarın işi yüngüldür. O səbəbdən də hər hansı bir qapanmanın olacağını ehtimal etmirəm. Bizdə amblator xidmət çətin vəziyyətdədir. Xəstəliyi ayaqüstü keçirənlərə xidmət edən həkimlərin vəziyyəti kritikdir, eyni anda 100, 200 xəstəyə xdimət edirlər"

Sağlamlıq       Tarix: 06 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi son xeberler bu gun iqtisadiyyat xeberleri bugun xeber.az