Elektron siqaretlərin hansı zərərləri var? - Həkim danışdı

Elektron siqaretlərin hansı zərərləri var? - Həkim danışdıBir çoxumuz köşklərin şüşəsində "satışda elektron siqaret var" elanına rast gəlmişik. Son illərin bir dəbi də məhz onlardır – elektron siqaretlər. Guya ki, adi siqaretdən ziyansızdır, siqareti tərkitmək istəyənlərə kömək olur. Hətta telekanallarda elektron siqaretlərin reklamı da gedir. Bir qədər araşdırmadan sonra məlum olur ki, onun adi siqaretdən heç bir fərqi yoxmuş, az ziyanlı da deyilmiş, əksinə, qat-qat ziyanlıymış.
KONKRET.az xəbər verir ki, həkim-pulmonoloq Ramin Nəriman Demokrat.az-a açıqlamasında elektron siqaretlərin təhlükəli olduğunu təsdiqləyib.
Həkim bildirib ki, bugünə qədər elektron siqaretin hansısa bir orqana, toxumaya, orqanizmə xeyiri olması barədə heç bir məlumat yoxdur:
"Elektron siqaretin insan orqanizmi üçün heç bir faydası və xeyiri yoxdur. Hətta deyərdim ki, o, adi tütün məhsullarından da dəfələrlə zərərlidir. Bilirsiniz ki, tütün çəkənlərdə asılılıq yaradan şey nikotindir. Nikotin də elektron siqaretdə var, yəni elektron siqaretin istifadəsi üçün nəzərdə tutulmuş mayeni istehsal edən şirkətlər deyirlər ki, elektron siqaretdə istifadə olunan və sıfırla işarələnən mayenin içərisində nikotin yoxdur. Ancaq rəqəmlər artdıqca, məsələn 1, 2, 3, 4 mayenin içərisindəki nikotinin də miqdarı artır. Qeyd edim ki, sıfır nömrəli elektron siqaret üçün nəzərdə tutulmuş mayenində içərisində belə nikotin var. Ona görə də siqaret çəkməyi dayandırıb elektron siqaretə keçənlər elektron siqaretin istifadəsi zamanı artıq tütün məhsullarına ehtiyac olmadığını söyləyirlər. Çünki onlar həmin o asılılıq yaradan tütünün içərisində olan nikotini elektron siqaretdə də alırlar, qəbul edirlər. Ona görə də elə fikirləşirlər ki, artıq siqaret asılılıqları keçib".
Həkim-pulmonoloq diqqətə çatdırıb ki, ümumiyyətlə, elektron siqaretin istifadəsi üçün nəzərdə tutulmuş mayelərin tərkibinin necə olması haqqında heç bir dünya ölkəsində reqlament yoxdur:
"Amma tütün məhsullarının istehsalı üçün nəzərdə tutulan hər bir ölkənin özünəməxsus reqlamenti var. Ona görə də elektron siqaretlərin istifadəsi üçün nəzərdə tutulan mayeləri istehsal edən şirkətlər, ölkələr özləri nə istəsələr, hansı dozada istəsələr onu mayenin içərisinə əlavə edirlər. Artıra da, azalda da bilirlər. Onun üçün də dediyim kimi, tütün məhsullarını tərgidib, elektron siqaretə keçənlər tütün məhsullarına qayıtmasın deyə və reqlamentsiz olduğuna görə, özlərinə nə sərf edirsə, həmin maddələrin miqdarını artırırlar. Nəticədə, o orqanizmə daha çox zərər yetirmiş olur". "Bir dəfə çəkilən elektron siqaret bir paçka tütün məhsullarından hazırlanmış siqaretə bərabər ziyanlı təsirə malikdir. Elektron siqaretlərin mayelərinin içərisində olan konsertləndirilmiş maddələr tənəffüs sisteminə təsir edir. Elektron siqaretdə texniki təsir daha çoxdur, yəni, istilik təsiri daha çoxdur. Bu da tənəffüs yollarının qurumasına, yerli immunitetin zəifləməsinə düşən mikroorqanizmlərin həmin qurumuş tənəffüs yollarında inkişaf etməsinə, əlavə təsirlərin yaranmasına səbəb olur. Pandemiya başlamamışdan əvvəlki dövrdə ABŞ-da bugünə qədər dünyaya məlum olmayan ağciyər xəstəliyi aşkarlanmışdır və sonrakı təhqiqatlarda onların hamısının elektron siqaret istifadə edən insanlar olduğu müəyyən edilmişdir. Lakin pandemiya başladığına görə, həmin tədqiqat yarımçıq qaldı və nəticəsi barədə məlumat verilmədi. Yəni elektron siqaretin orqanizmə neqativ və ciddi təsirləri var. Elektron siqaretin istifadəsinin tarixi uzunmüddətli deyil. 15-20 ildir ki, istifadə olunur. Ona görə də onun yaratdığı uzunmüddətli təsirlər haqqında hələ tam elmdə məlumat yoxdur. Demək istədiyim odur ki, elektron siqaretin istifadə tarixi artdıqca, onların həqiqətən də ciddi əlavə təsirlərinin olması artıq üzə çıxmağa başlayır. Hazırda da dünya ölkələrinin əksəriyyətində elektron siqaretin idxalı qadağandır, ancaq istifadəsi qadağan deyil. Bu da artıq qaçaqmalçılığa yol açır və kifayət qədər elektron siqaret geniş yayılıb"- deyə, həkim əlavə edib.

Sağlamlıq       Tarix: 11 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi son xeberler bu gun iqtisadiyyat xeberleri bugun xeber.az