Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov Efiopiyanın baş nazir müavini Temesgen Tirune qəbul edib.
azxeber.com xəbər verir ki, bu barədə Efiopiyanın Türkiyə və Azərbaycandakı səfiri Adəm Məhəmməd Mahmud sosial şəbəkədə bildirib.
"Baş nazirin müavini Zati-aliləri Temesgen Tirune və Azərbaycanın Baş naziri Zati-aliləri cənab Əli Əsədov qarşılıqlı maraq doğuran müxtəlif ikitərəfli və çoxtərəfli məsələləri müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında əməkdaşlığın bütün sahələrində onsuz da möhkəm olan münasibətlərin genişləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar".
Səfirin sözlərinə görə, görüşdə "hər iki ölkənin tərəfdaşlıq əlaqələrini gücləndirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək öhdəliyi bir daha təsdiqlənib".
"Əməkdaşlıq üçün yeni imkanların araşdırılması və iki xalq arasında mövcud dostluq və etimadın təməli üzərində qurulması üçün səylərin göstəriləcəyi razılaşdırılıb. Hər iki tərəf tərəfdaşlıq münasibətlərini yeni zirvələrə çatdırmaq əzmində olduqlarını bildiriblər", – diplomat qeyd edib.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev