Əliyevin Qalibafı qəbul etdiyi bir vaxtda Azərbaycan KİV-lərinə hücum nəyə hesablanıb?: "Bununla demək istəyirlər ki..." - ŞOK DETALLAR

Əliyevin Qalibafı qəbul etdiyi bir vaxtda Azərbaycan KİV-lərinə hücum nəyə hesablanıb?: Azərbaycanda bir neçə sayta, o cümlədən "Report" İnformasiya Agentliyinə kiberhücum olub. Hazırda saytlara girişdə problem yaranıb. Report İnformasiya Agentliyinə daxil olduqda xüsusi səhifə açılır. Burada Qurandan ayə yerləşdirilib. Bəs görəsən, bu kiberhücümun həyata keçirilməsində məqsəd nədir? Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi fonunda belə bir hücumun həyata keçirilməsi nəyə hesablanıb?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Faiq Ələkbərli bildirdi ki, "SEPAH" hakerlərinin ölkəmizə qarşı təxribatı ilk dəfə deyil həyata keçirilir:
Əliyevin Qalibafı qəbul etdiyi bir vaxtda Azərbaycan KİV-lərinə hücum nəyə hesablanıb?: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizə müxtəlif yollar və vasitələrlə problem yaradıblar. Özlərinin radio və televiziya dalğalarını Azərbaycanda yaymağa çalışıblar. Zaman-zaman bu məsələ ön plana çıxıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının nümayəndəsini qəbul edən zaman bu hadisənin baş verməsi ilə diqqəti cəlb etmək istəyirlər. Onlar bununla demək istəyirlər ki, biz yeri gəldikcə istədiyimiz addımları ata bilərik. Bu, bir növ mənəvi-psixoloji təzyiqdir. Onların bu təxribatı Azərbaycan vətəndaşlarına qarşı yönəlib. Eyni zamanda Güneydəki soydaşlarımıza qarşı yönələn siyasi təzyiqdir. "SEPAH"ın Azərbaycanın varlığını həzm edə bilməməsi uzun illərdir davam edir. Yəni, birmənalı olaraq Azərbaycanın varlığını qəbul etmək istəmirlər. Ona görə də, müxtəlif yollarla bunu büruzə verirlər. İndi bizim onlayın media subyektlərimizə qarşı törədilən təxribatlarla özlərinin mahiyyətini ortaya qoyurlar. Təbii ki, "SEPAH"ın və onun tərkibində fəaliyyət göstərənlərin İslam dininə heç bir aidiyyatı yoxdur. Ona görə də, onlar bizim saytlara hücum edib ora Qurandan ayələr yerləşdirməkdən daha çox, özləri Qurani Kərimin mahiyyətindən gələn məsələlərə əməl etsələr yaxşı olar. Digər tərəfdən qonşu ölkədə yaşayan Azərbaycan türklərinin, bəlucların, kürdlərin, ərəblərin hüquqları "SEPAH" tərəfindən pozulubb. İndi heç olmasa onların milli-mənəvi haqlarını tanımalıdırlar. Amma təəssüf ki, bizim saytlara yerləşdirdikləri Quran ayələrinə özləri əmək etmirlər".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026