"Əlövsətin oğlu, qeyrətin olsun" – Tural Sadıqlı ilə Məhəmməd Mirzəlinin "qrant razborkası"

Siyasi baxışları yaşadığı ölkənin hakim siyasi qüvvəsinin ideyalarından kəskin şəkildə fərqlənənlər dissident adlandırılır. Sovet illərində bu adı daşıyanların hansı əziyyətlərə məruz qaldıqları, psixi xəstəxanalara yerləşdirildikləri və ya SSRİ-dən qovulduqları barədə çox yazılıb. Sovet rejimi dağıldıqdan sonra onların çoxu, o cümlədən İosif Brodski, Vladimir Bukovski, Mustafa Cemilev qəhrəmanlara çevrildilər. Çünki onlar çox prinsipial ideya insanları idilər.
Hələ vətənimiz uğrunda min bir əziyyətə düçar olmuş Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşları haqqında danışmırıq. Belə sanballı şəxsiyyətlərə hətta düşmənləri  hörmət etməyə məcbur olurdular…
Təbii ki, bu fikirlər xarici ölkədə məskunlaşan və "söyüş maşını"nın əsas simalarından olan Tural Sadıqlı, Məhəmmədli Mirzəli və digərləriə qətiyyən aid deyil.
Bunu sübut etmək üçün hansısa səthi təhlilə belə ehtiyac yoxdur. İnternet əsrində bir balaca axtarış etmək kifayətdir.
Bəlkə də çoxları yaddan çıxarıb. Amma bir neçə il öncə Tural Sadıqlı ilə Məhəmməd Mirzəlinin arasında "qrant qalmaqalı" yaranmışdı. O zaman pul üstündə bu iki ünsür bir-birlərini nələrdə ittiham etmədilər?!
Tural Sadıqlı onu söyüş söyməkdə, savadsızlıqda, Mədəmməd Mirzəli isə "dostu"nu koppupsiyada, saxtakarlıqda, şərəfsizlikdə, namuzsuzluqda ittiham etmişdi.
Onların bir-birinə ünvanladıqları ittihamları olduğu kimi təqdim edirik:
Tural Sadıqlı: "Bu adam söyüşkəndir, danışığını bilmir, bu adamın savadı yoxdur, bir qəpiklik dəyəri yoxdur. Bu adamla nə danışasan? Biz heç yerdən qrant almırıq. Bu, onun böhtanıdır. Yalandır. Bu adam özünü ifşa edir ki, mən bu işə pul qazanmaq üçün gəlmişəm. Deyir ki, bu qədər iş gördüm, Tural Sadıqlı çıxarıb mənə 100 evro pul göndərdi. Bəli, mən ona 100 evro pul göndərmişəm, 1-2 videoya görə. Bu adamın nə savadı, nə danışıq qabiliyyəti, nə hərəkət qabiliyyəti var. Yalnız şou göstərməyi və söyməyi bilir. Ona görə isə bizim adımıza ləkə gəldi ki, bu adam söyüşcüldür. Bu adam söyüş söyməkdən, ona-buna şərəfsiz deməklə, onun qadınına, bunun qadınına söz atmaqla guya mübarizə aparır".
Məhəmməd Mirzəli: "Məni atdı bloka. Tural qaqaş priusdur. Tural Sadıqlının adını mən efirdə demək istəmirəm. O, hələ bilmir ki, kişi kimi mübarizə nə deməkdir. İttiham edirsən ki, söyüş söyür. Bilmirdin, mən söyüş söyürəm əvvəldən? Niyə mübarizə aparırdın? Niyə reytinq yığırdın? Niyə mənim canlı yayımlarımı paylaşırdın? Canlı yayımlara məni çıxarıb mənim üzərimdən pul qazanmağa çalışırdın? Qazanmısan da. Haram olsun!
Tural Sadıqlı bir gün öncə deyir ki, biz "Azad Söz" olaraq heç bir yerdən maliyyələşmirik, yalnız xalqın dəstəyindən istifadə edirik. Məhəmməd Mirzəli deyib ki, Tural Sadıqlı alıb bu qrantı. Demək Məhəmməd Mirzəli bizə düz deyir. Adam bu qrantı alıb. Tural Sadıqlı, Berlində ofisi nəylə tutdun? Almaniyada aldığın 450 evro yardımla tutdun?  Əlövsətoğlu Sadıqlı Tural, bax sənin yazıların burada məndə qalıb (red. – telefonundakı yazışmanı nümayiş etdirir)".
Məhəmməd Mirzəli sonra Tural Sadıqlını müsavatçılara saxta sənəd satmaqda ittiham edir və onlara cavab verməyi tələb edir: "Bu saxta sənədləri satan sənsən, Əlövsətin oğlu! Korrupsionerin elə ən böyüyü sənsən, Əlövsətin oğlu! Mən sənin videolarını qoymuram. Dəlillə, dokumentlə danışıram. Sənin səsini bura qoysam, biabır olarsan. Qızı MTN-dən pis şantaj edirsən. Jurnalisti də, bildin kimi demək istəyirəm. Fatimə Mövlanlının pulunu yemisən. Siracla Fərəc qardaşlarını "Susma" səhifəsini idarə etdiyinə görə polisə şikayət edən Tural Sadıqlı, Əlövsətin oğlu, sənsən, yoxsa mən? Əlövsətin oğli, sənin videona "Azad Söz"də 198 nəfər adam baxırdı. Nə vaxt sən çəkmisən məni yanına? Cəlaldan mənə xəbər göndərmişdin, səhifələrimizi birləşdirək. Yayımları birlikdə edək ki, reytinqimiz düşməsin. Reytinq xatirinə mübarizə aparan qaqaş prius.
İnsanları aldadan, Almaniyanın, Avropanın küçələrinə tökən Əlövsətin oğlu! Çıx, Zakir Ağayevə cavab ver! Namusdan danışırsan, kişilikdən danışırsan, qeyrətdən danışırsan, məni anamla ittiham edirsən. Ailə məsələlərinə qarışsaq, biabır olarsan e, ə! Adam da arvadı qapıdan qovar? Arxasını daha demirəm. İstəyirsən özün çıx canlı yayımda danış. Ailənə qarşı etdiyin hörmətsizliklərə bax, geriyə bax. Namusun, qeyrətin, kişiliyin olsun. O səndə yoxdur, itirmisən".
Məhəmməd Mirzəli onu da bildirib ki, Tural Sadıqlının kimlərsə tərəfindən bıçaqlanması yalandır, çünki həmin şəxslərin üzərində heç bıçaq olmayıb və o, bunu dediyi üçün aralarında narazılıq yaranıb.
İndi görün, Avropa Parlamenti nə gündədir ki, belə ünsürlərə qulaq asır…
Səid CƏFƏROĞLU
KONKRET.az

Siyasi       Tarix: 30 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı beynelxalq bank mezenne siyaseti xeberler bugun son xeber.az